Modern.az

Adil Qeybulla: “Virus da aktyor kimi rola girə bilir”

Adil Qeybulla: “Virus da aktyor kimi rola girə bilir”

Təhsil

3 Sentyabr 2014, 15:06


“Yeni xəstəliklərdən misal olaraq dünyanı cənginə alan “Ebola” virusunu qeyd etmək olar. Bu virus aşkar olunanda mütəxəssislər onu əvvəllər də mövcud olan başqa bir virusla səhv salmışdılar”. Bunu Modern.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla deyib.  

O, son dövrlərdə meydana gələn xəstəliklər qarşısında həkimlərin belə aciz qalma səbəbinə  aydınlıq gətirib: “Ekoloji faktor yeni xəstəliklərin yaranmasında rol oynasa da, bura genetik modifikasiyası dəyişdirilmiş qidaların (GMDQ) birbaşa təsiri yoxdur. Çünki viruslar həyatın qeyri-hüceyrəvi formasıdır. Onlar canlı orqanizmə daxil olarkən orqanizmin resurslarından istifadə edərək çoxalırlar. Virusların yeni xassə əldə etmək funksiyaları var.

Məsələn bu gün mövcud olan hepatit “B”, “C”, “D” virusları hepatit “A”-nın modifikasiyalarıdır. Yəni adi infeksion sarılıqdan törəmiş, formasını dəyişmiş, yeni xassə almış viruslardır”.

Bundan başqa həkim diversiya məsələlərinin olmasına da münasibət bildirdi. “Guya bu viruslar hardasa hazırlanaraq insanların üzərində sınaqdan keçirilir.

Mətbuatda bu barədə yazılsa da öz təsdiqini tapmayıb. Çünki, bu ciddi bir itihamdır. Bunları irəli sürmək üçün isə əlimizdə əsas yoxdur”.  

Gülşən RAUFQIZI

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir