Modern.az

Nazir Avropa Şurasının nümayəndəsi ilə Bakı 2015-i müzakirə edib

Nazir Avropa Şurasının nümayəndəsi ilə Bakı 2015-i müzakirə edib

3 Sentyabr 2014, 15:14

Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov Avropa Şurası Baş Katibinin müavini Qabriella Battaini–Draqonini ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə,  görüş çərçivəsində nazir Azad Rəhimov 2015-ci ildə Bakı şəhərində keçiriləcək ilk Avropa Oyunlarına hazırlıq işlərinin gedişi ilə bağlı məlumatlar verib.  Eyni zamanda, nazir Azərbaycan Respublikasının  Avropa Şurasında sədrliyi dövründə həyata keçiriləcək bir sıra tədbirlər haqqında da qonağı məlumatlandırıb.   Bununla yanaşı, 1-5 oktyabr tarixlərdə Qəbələ şəhərində keçiriləcək Avropa Şurasının “Nifrət nitqinə yox” kampaniyasının beynəlxalq forumu və 28-30 oktyabr tarixlərdə Bakı şəhərində keçiriləcək Gənclər siyasəti üzrə Qlobal Gənclər Forumu da qonaqla müzakirə edilib.

2014-cü ilin sentyabr ayında İsveçrənin Makkolin şəhərində keçiriləcək Avropa Şurasının İdmana məsul nazirlərinin növbəti görüşünün mövzuları ətrafında da fikir mübadiləsi aparılıb.

 

Modern.az

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir