Modern.az

“Daha bir mobil operatora lisenziya verilib” - AÇIQLAMA

“Daha bir mobil operatora lisenziya verilib” - AÇIQLAMA

Təhsil

3 Sentyabr 2014, 16:02

 

Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi daha bir mobil operatora lisenziya verib.

Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə nazir Əli Abbasov açıqlama verib. Onun sözləriə görə Naxçıvan Muxtar Respublikasının CDMA simsiz rabitə standartı operatoru "Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verib.

O bildirib ki, sözügedən mobil operator nazirliyə Azərbaycan ərazisində öz fəaliyyətini genişləndirmək üçün müraciət edib.  

"Biz ilkin mərhələdə onun fəaliyyətini daxili rouminq əsasında təmin etməyi planlaşdırırıq. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq".  

Məltəm Talıbzadə  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir