Modern.az

Türkiyənin azərbaycanlı rektoru Oksford Universitetinin mükafatını aldı

Türkiyənin azərbaycanlı rektoru Oksford Universitetinin mükafatını aldı

Təhsil

3 Sentyabr 2014, 16:12

Azərbaycanlı professor, Giresun Universitetinin rektoru, hazırda Türkiyədə fəaliyyət göstərən 7 qadın rektordan biri Aygün Attar Oksford Universitetinin mükafatına layiq görülüb. Aygün Attar "İlin rektoru", Giresun Universiteti isə "Ən yaxşı universitet" seçilib. 
Modern.az-ın xəbərinə görə, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Oksford Universitetinin mükafatlarına Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan onlarla rektor və universitet namizəd göstərilsə də, onların arasından soydaşımız Aygün Attar və onun rəhbərlik etdiyi Giresun Universiteti fərqlənib. Beləliklə, Aygün Attar "İlin rektoru", rəhbərlik etdiyi təhsil ocağı isə "Ən yaxşı regional universitet" seçilib. Mükafatın təqdimat mərasimi sentyabrın 14-də Okxford Universitetində baş tutacaq

Qeyd edək ki, 1965-ci ildə Azərbaycanda doğulan, Bakı Dövlət Universitetinin məzunu olan A. Attar, daha sonra Moskvada təhsilini davam etdirib, 2003-cü ildə professor dərəcəsi alıb, 2007-ci ildən isə karyerasını Türkiyədə davam etdirərək Giresun Universitetində rektor köməkçisi kimi fəaliyyətə başlayıb. Qısa müddət ərzində ədəbiyyat fakütəsinin dekanı seçilən Aygün Attar 2012-ci ildə Türkiyənin keçmiş prezidenti Abdulla Gülün sərancamı ilə həmin universitetin rektoru təyin edilib. 2012-ci ildən bəri Giresun Universitetini beynəlxalq aləmdə tanıtdıran Aygün Attar, Asiyada, Afrikada, Avropada və Amerikada fəaliyyət göstərən Qadın Araşdırma Mərkəzləri ilə birlikdə bir çox konfransların keçirilməsində yaxından iştirak edib.

Aygün Attar dünyanın nüfuzlu və ciddi elmi mərkəzləri tərəfindən qəbul edilən ziyalıdır. Farsca-rusca yazılmış onlarla əsəri türkcəyə tərcümə edən A. Attar gender bərabərliyi mövzusunda çalışan tanınmış alimlərdəndir. O, həmçinin Türkiyə və Geopolitika, Türk-erməni əlaqələri, Yaxın tarixdə Orta Asiya tarixi və digər mövzularda ciddi araşdırmaların müəllifidir. Aygün Attar Rusiya arxivlərində erməni tarixini araşdıran alim kimi 2000-ci ildən bu yana Dövlət Arxivləri Müdirliyi ilə Azərbaycan Baş Arxiv İdarəsi arasında imzalanan anlaşmaya istinadən türk tarixini bölgələrdə araşdıran layihənin koordinatoru olub.

Modern.az 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!