Modern.az

Putin separatçı rejimlərlə NATO-ya qarşı blok yaradır

Putin separatçı rejimlərlə NATO-ya qarşı blok yaradır

3 Sentyabr 2014, 16:39


Rusiya NATO-ya qarşı separatçı rejimlərlə birgə blok yaratmaq niyyətindədir.

Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, Rusiya Gürcüstan ərazilərində yaradılmış Abxaziya və Cənubi Osetiya separatçı qurumları ilə birgə  NATO-ya qarşı tədbirlər planı hazırlayır.

Cənubi Osetiyanın Abxaziyadaki “səfiri” Oleq Bosiev bildirib ki, Rusiya ilə təmsil etdiyi separatçı qurum bu istiqamətdə danışıqlar aparır.

“CənubiOsetiyanın da yeni dostluq müqaviləsinə qoşulması ilə bağlı danışıqlar gedir. Bunun hələ vahid üçətərfli müqavilə olacağı hələ bəlli deyil. Ola bilər ki, Rusiya ilə Abxaziya bu müqaviləni bağlasın. Amma Cənubi Osetiyanın da bura cəlb olunması üçün işlər gedir”,-deyə O. Bosiev bildirib.  

Abxaziyadakı işğalçı rejimin “vitse-prezidenti” Vitali Qabniyan vurğulayıb ki, yeni bolkun yaradılması üçün müzakirələr gedir. Bu blokun guya bölgədə təhlükəsizliyi təmin etmək məqsədi ilə yaradıldığı bildirilir.  

Aqşin Kərimov

 
Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı