Modern.az

Təhsil Nazirliyi:“Türk liseyləri”nin şagirdləri orta məktəblərə yerləşdirilib”

Təhsil Nazirliyi:“Türk liseyləri”nin şagirdləri orta məktəblərə yerləşdirilib”

3 Sentyabr 2014, 16:43

“Son statistikaya görə Bakı şəhəri üzrə Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin fəaliyyəti dayandırılan ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərinin 80%-i digər məktəblərə yerləşdirilib”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq Bakı Şəhər üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildiriblər. İdarədən vurğulanıb ki, şagirdlərin müəyyən qismi özəl ümumtəhsil müəssisələrinə müraciət edib: “Hazırda şagirdlərin arzu etdikləri təhsil müəssisələrində yerləşdirilməsi üçün bütün zəruri tədbirlər görülür. Şagirdlərin digər ümumtəhsil müəssisələrinə yerləşdirilməsi prosesi davam edir. Bu proses şagirdlər tam yerləşdirilənə qədər davam edəcək”.

Qeyd edək ki, iyunun 18-də  Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdindəki Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin ümumtəhsil müəssisələri və "Araz Kursları" MMC-nin fəaliyyətinin dayandırılması haqqında qərar verilmişdi. Qərardan sonra həmin müəssisələrdə təhsil alan şagirdlərin digər orta ümumtəhsil məktəblərinə yerləşdirilməsinə başlanılıb.  

Rüfanə GÜNƏŞ  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir