Modern.az

Yeni teatr mövsümü: “Qarabağnamələr”, “Qoğal”, “Yeddi gözəl”... – Afişa

Yeni teatr mövsümü: “Qarabağnamələr”, “Qoğal”, “Yeddi gözəl”... – Afişa

3 Sentyabr 2014, 16:50


Hər il olduğu kimi sentyabrın 18-dən Azərbaycan teatrları yeni mövsümə başlayırlar. Modern.az teatrların mövsümü hansı tamaşalarla açacağını ilə maraqlanıb.

  Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından verilən məlumata görə, teatrın ilk tamaşası sentyabrın 18-də olacaq “Qarabağnamələr” premyerasıdır. Mövsümü digər tamaşalarının afişası hələ məlum deyil.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı isə mövsümü sentyabrın 20-də “Yeddi gözəl” tamaşası ilə açacaq. Daha sonra, sentyabrın 21-də “Leyli Məcnun”, 24-də isə “Koroğlu” göstəriləcək.  

Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 20-də A. Şaiqin eyniadlı əsəri əsasında hazırlanmış “Danışan gəlincik” tamaşası ilə start verəcək. İki hissəli nağıl tamaşanın quruluşçu rejissoru əməkdar Artist Nicat Kazımovdur.

Elə həmin gün görkəmli dramaturq İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” romanı əsasında hazırlanmış eyniadlı yeni tamaşanın (Bəhram Osmanov) premyerası baş tutacaq.   

Azərbaycan Dövlət Kukla teatrı isə mövsümün açılışını sentyabrın 12-də rus xalq nağılı “Qoğal” tamaşası ilə edəcək. Tamaşanın rejissoru Rusiyadan dəvət olunmuş Edvard Qalaydır.  

Azərbaycan Dövlət Musiqili Teatrı da mövsümə sentyabrın 20-də “Bankir adaxlı” əsəri ilə başlayacaq. Teatrdan verilən məlumata görə, sentyabrın 21-də “Fərzəli kefkom”, 26-da “Fransız sayağı qarniyer”, 27-də isə “Qızıl toy” və 28-də “Qızıl toy”un II hissəsi tamaşaya qoyulacaq.

Məltəm Talıbzadə  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır