Modern.az

Bu ildən müəllimlər də and içəcək

Bu ildən müəllimlər də and içəcək

3 Sentyabr 2014, 16:55


“Bu il müəllimlərin işə qəbulu imtahanının nəticəsində 1690 nəfər işə qəbul olunub”. Bunu Modern.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin mətbuat xidmətindən bildiriblər. “Keçən il bu rəqəm 1381 nəfər təşkil edirdi. Bu il isə 1690 nəfər işə qəbul olub. Onların hər biri ilə fərdi müsahibə keçirilib.  Bu il həmçinin kənd məktəblərində işləmək istəyənlərin də sayı artıb. 1500 nəfərə qədər gənc kadr məktəblərində işləməyə gedib”.

  İngilis dili, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə işləmək istəyənlərin sayı daha çox olub: “300 yer ibtidai siniflər üzrə ayrılmışdı. Lakin bu yerlə 5000 nəfər müraciət edib. Amma dəqiq elmlərdə müraciət edənlərin sayı azdır. Bu sıraya rus dilli təhsil verən müəllimlər də daxildir”.   Bu ilk dəfə Təhsil Nazirliyinin müəllimlər üçün etik davranışı qaydaları çərçivəsində müəllimlərin andiçməsi olacaq: “Müəllimlər ilk dəfə and içəcəklər. Onlar məktəblərdə rəsmiləşdikləri gün, kollektivin qarşısında and içəcəklər”.  

Qeyd edək ki, bu il orta məktəblərdə və peşə liseylərində çalışmaq istəyən müəllimlərin işə qəbulu üçün 2795 vakant yeri ayrılmışdı. Bu yerlər uğrunda mübarizə aparmaq üçün 18000-ə qədər ərizə verilmişdi. Bu il həmçinin müəllimlərin yerdəyişməsi də müsabiqə yolu ilə aparılıb. Rayonlardan Bakıya yer dəyişmək istəyən şəxslərin sayı daha çox olub.  

Rüfanə GÜNƏŞ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi