Modern.az

Kadırov İŞİD-i hədələdi: “Sizi cəhənnəmin sonsuz alovu gözləyir”

Kadırov İŞİD-i hədələdi: “Sizi cəhənnəmin sonsuz alovu gözləyir”

3 Sentyabr 2014, 17:42

İraq Şam İslam Dövləti (İŞİD) qruplaşması yaydıqları videomüraciətdə tezliklə Çeçensitan və Qafqazda Rusiyaya qarşı silahlı mübarizəyə başlayacaqlarını bildirmişdi. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Çeçenistan prezidenti Ramzan Kadrıov bu təhdidə dərhal öz İnstagram səhifəsində cavab verib:

“Bu əclafların İslama heç bir dəxli yoxdur. Onlar müsəlman dünyasının açıq düşmənləridir. Sadəlövh insanlar 2 təyyarə ilə Çeçenistanı və bütün Rusiyanı hədələməyə qərar veriblər. Onlar təyyarəyə minə bilərlər, amma Rusiyaya gəlib çatmayacaqlar. Sayları on minlərlə olarkən onları məhv etdik, indi isə Rusiyanın tərkib hissəsi olan Çeçenistana tərs baxmağa gələn hər kəsi məhv edərik”.

Sonda çeçen lideri “İŞİD”çilərin cəhənnəm odunda yanacaqlarını yazıb:

“Mən əminəm ki, onlar öz həyatlarını Suriya və İraqın qızmar günəşi alında bitirəcəklər. Ölümlərinin ilk anında isə cəhənnəmin sonsuz alovları ilə üzləşəcəklər”.

Vüqar İsmayılov                

 

 

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub