Modern.az

Vahid Əhmədov: “Orxan Zeynalovun ekstradisiyası baş tutarsa, cəzası yüngülləşdirilə bilər”

Vahid Əhmədov: “Orxan Zeynalovun ekstradisiyası baş tutarsa, cəzası yüngülləşdirilə bilər”

Təhsil

3 Sentyabr 2014, 17:56


“Orxan Zeynalov Azərbaycan vətəndaşıdır. Buna görə də Azərbaycan hökuməti, Xarici İşlər Nazirliyi bacardıqlarını etməlidir ki, o, öz ölkəsinə ekstradisiya olunsun”. Bunu Modern.az-a Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vahid Əhmədov deyib. “Rusiyada barəsində 17 il həbs cəzası kəsilən Zeynalovun həbsi, həm də məhkəmə prosesilə bağlı bir çox qaranlıq məqamlar, müəmmalı detallar var”.

Deputat bildirib ki, Azərbaycan-Rusiya münasibətləri normal şəkildə davam etdiyi, fikir ayrılıqlarının olmadığı bir zamanda ekstradisiyanın baş tutmasını tezləşdirmək olar. “Orxan Zeynalova oxunan hökm ədalətli deyil. Ekstradisiya baş tutandan sonra işə yenidən baxılaraq hətta onun cəzası azaldıla da bilər.

Təbii ki, bu hüquq-mühafizə orqanlarının səlahiyyətində olan bir məsələdir”.

Gülşən RAUFQIZI

 
Whatsapp
Bizə yazın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı