Modern.az

Ərdoğan Obamadan Fətullah Güləni istəyəcək

Ərdoğan Obamadan Fətullah Güləni istəyəcək

5 Sentyabr 2014, 10:28


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Uelsdə keçirilən sammiti çərçivəsində Ağ Ev rəhbəri Barak Obama ilə keçiriləcək görüşündə müzakirə ediləcək bəzi məsələlərin detallarını açıqlayıb.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Uelsə getdiyi təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan Obama ilə Fətullah Gülən məsələsinə toxunacağını bildirib.  

Türkiyə liderinin sözlərinə görə ölkədə Fətullah Gülənin nurçu təriqətinə mənsub olan və dövlətdə “paralel təşkilatlanma” yaradanlar müzakirə predmeti olacaq. O,  Pensilvaniyada yaşayan Fətulla Gülənin Türkiyəyə qaytarılması tələbi ilə çıxış edəcəyini vurğulayıb.

“Amerika bizdən bəzi terroristləri istəyir və biz də bu tələbi yerinə yetiririk. Biz də Amerikaya strateji tərəfdaş olduğumuzu bildirəcəyik və bizim tələbimizi yerinə yetirəcəyini istəyəcəyik. “Ya onu (Fətullah Gülən-red)  ölkədən xaric edin, ya da bizə verin” deyəcəyik”,-deyə Ərdoğa bildirib.  

Qeyd edək ki, Türkiyə rəhbəri R. T. Ərdoğan NATO-nun Kardif sammitində iştirak etmək üçün Uelsin paytaxtı Kardifdədir. Ötən gün başlayan sammitin bu gün yekunlaşacağı gözlənilir.   Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşəcək.  

Aqşin Kərimov

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi