Modern.az

ABŞ uşaq qətlinə görə Qərbdə liderdir

ABŞ uşaq qətlinə görə Qərbdə liderdir

5 Sentyabr 2014, 10:18

ABŞ Qərbi Avropa və Şimali Amerika ölkələri arasında uşaqların qətlinə görə birinci yerdədir. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu BMT-nin Uşaq fondunun məruzəsində öz əksini tapıb. Sənədə görə, 2012-ci ildə ABŞ-da 3 mindən çox uşaq və yeniyetmə ölüb. Bu isə o deməkdir ki, ölkədəki  uşaqların hər 100 min nəfərindən 4-ü öldürülür. Dünyada isə 2012-ci ildə ən azı 95 min uşaq və yeniyetmə öldürülüb. Fond 190 ölkədən toplanan informasiya nəticəsində bu məruzəni hazırlayıb. Uşaq və yeniyetmə qətlinə görə dünyada Panama, Venesuela, Salvador, Trinidad e Tobaqo, Braziliya, Qvatemale və Kolumbiya öndə olan ölkələrdir. Dünyada bu fakta görə ilk sırada isə Nigeriyadır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi