Modern.az

İqbal Ağazadənin istefa verən eks-müavini: “O komandada vaxt itirməyi mənasız hesab etdim”

İqbal Ağazadənin istefa verən eks-müavini: “O komandada vaxt itirməyi mənasız hesab etdim”

5 Sentyabr 2014, 11:11

Ümid Partiyasının sədr müavini Razi Abasbəyli öz vəzifəsindən istefa verdiyini bəyan edib. Bəs onun istefasına səbəb nədir?
Bu barədə Modern.az saytına Razi Abasbəyli bildirib ki, partiyadan istefa verməsinin səbəbi vaxt məhdudiyyəti ilə bağlıdır. Razi Abasbəylinin sözlərinə görə partiya işlərinə zaman və enerji ayırmağa nə həvəsi, nə də vaxtı var.

“Bununla yanaşı, o yerdə ki, faydalı iş əmsalım çox aşağıdır, orda olmağımın mənası yoxdur. Partiyada işləməyə vaxt ayıra bilmirdim. Mən media layihələrində iştirak etmək istəyirəm. Ona görə də partiyadan istefa verdim”.

Keçmiş sədr müavini onu da bildirib ki, o, Azərbaycanda  siyasi şərtlərin dəyişdiyini də nəzərə alıb.
“Azərbaycanda siyasi münasibətlər sistemində ciddi dəyişikliklər var. Bu dəyişikliklərin nəticəsi olaraq klassik partiya modelləri artıq uğur qazanmır. Bu baxımdan komandada vaxt itirməyi mənası hesab etdim. Özüm üçün yeni bir düzən qurmaq istəyirəm. Mənim partiyadan narazılığım yox idi. İstefa verməyim şəxsi qərarımdır. Ümid Partiyasının kollektivinə uğurlar arzulayıram”,-deyə Razi Abasbəyli söyləyib.

Qeyd edək ki, Razi Abasbəyli jurnalist fəaliyyəti ilə də məşğuldur.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?