Modern.az

“İndi atam İsmayıl Şıxlının mənəvi dəstəyinə çox ehtiyacım var” - Elçin Şıxlı

“İndi atam İsmayıl Şıxlının mənəvi dəstəyinə çox ehtiyacım var” - Elçin Şıxlı

Reportaj

5 Sentyabr 2014, 12:14

“Övladdan ataya” - LAYİHƏ  

Modern.az saytı “Övladdan ataya” adlı yeni layihəyə başlayır. Burada hamının tanıdığı övlad hamının tanıdığı atasını təhlil etməyə çalışacaq. İlk olaraq bu təhlili tanınmış jurnalist Elçin Şıxlı atası, xalq yazıçısı İsmayıl Şıxlı barəsində edir:

Mənim üçün İsmayıl Şıxlı:  

- İlk növbədə İsmayıl Şıxlı mənim üçün atadır. Ancaq ondan sonra İsmayıl Şıxlıdır. Gözümü açandan onu ata kimi qavramışam, ata kimi sevmişəm.

Atamı anladım:

- Böyüyəndən sonra onun kim olduğunu, necə insan, yazıçı, pedaqoq və ictimai xadim olduğunu anlamışam.

Bizim nəsil şəcərəmiz:

- Bizim Şıxlı nəsli tarixlərdə yazılıb. General Əliağa Şıxlinskinin xatirələrində 1546-cı ilə gedib çıxır. Ağdolaq Məmməd ağa adında ulu babamız Şəmkirə gedib. Onun iki oğlu olub. Birinin adı Şıxı, o birinin adı isə Alqazax idi. Sonradan onlar Şəmkirdən çıxıb Qazaxın Salahlı kəndinə gedir. Əliağa Şıxlinski, Cavad bəy Şıxlinski, polkovnik Rüstəm bəy Şıxlinski Alqazaxın törəmələridir. Şıxı isə Kür Qırağında qalıb. İndiki Şıxlı dediyimiz kənd də onun adından götürülüb. İsmayıl Şıxlı da Şıxının törəməsindəndir.


Atama baxıb öyrənirdim:

- İsmayıl Şıxlı mənə xüsusi bir şey öyrətmirdi. Onun özünün şəxsiyyəti mənim üçün nümunə idi. Baxırdım və öyrənirdim. İnsan gördüyünü götürər. İnsana nə qədər deyirsən de, bir o qədər də bilməz. Sənin dediyinlə gördüyün iş üst-üstə düşürsə, deməli o insandan şəxsi nümunə götürürsən.

Atamdan təhvil aldım:

- Atamın gözümün qarşısında dediyi və gördüyü işlər hamısı bir-biri ilə üst-üstə düşdüyünə görə, mən də onun tərbiyəsini götürmüşəm.


Atam ailədə ağır idi
:

- Atam ailədə ağır biri idi. Amma indiki dillə desək, kifayət qədər demokratik idi. Zorla öz sözünü bizə yeritməzdi. Bizi də dinləyərdi və məsləhətini verərdi.

Bizə hər zaman deyərdi:

- Deyərdi ki, mənim fikrim və məsləhətim budur: “Mənim məsləhətimə baxırsansa, belə olacaq. Baxmırsansa, özün bilərsən. Amma sonradan mənə şikayət etmə”.

İsmayıl Şıxlıya bu gün:

- İstənilən insanın öz valideyninə ehtiyacı var. Bu günlərdə də mənim İsmayıl Şıxlının mənəvi dəstəyinə çox ehtiyacım var.



Elmin Nuri

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür