Modern.az

Vahid Əhmədov növbəti dəfə seçiciləri ilə görüşüb - FOTOLAR

Vahid Əhmədov növbəti dəfə seçiciləri ilə görüşüb - FOTOLAR

Təhsil

5 Sentyabr 2014, 12:21
Milli Məclisin deputatı Vahid Əhmədov Qubadakı ofisində növbəti dəfə seçiciləri ilə görüşüb. Modern.az-ın məlumatına görə, o, öncə seçicilərinə qarşıdan gələn payız sessiyasında üzvü olduğu İqtisadi siyasət komitəsinin görəcəyi işlər, Milli Məclisin plenar iclaslarında müzakirəyə çıxarıla biləcək məsələlər barəsində danışıb. Qeyd olunub ki, qəbullar və görüşlər zamanı Quba seçicilərinin qaldırdığı problemlərin bir çoxunun deputatın Milli Məclisdəki iş prosesində və müxtəlif qərarların qəbulunda nəzərə alınmasına daim təşəbbüs göstərilir. Qəbula gələn seçicilərin xahişi nəzərə alınaraq onlar tək-tək qəbul ediliblər.
Ümumilikdə qəbula 32 Quba rayon sakini gəlib. Ən çox qabardılan məsələ - torpaqların paylanması və ev tikintisi  üçün yardımların göstərilməsi olub. Bundan başqa kreditlərin verilməsi, işə qəbul, məişət-ailə problemləri və digər məsələlər də deputatın qəbul zamanı araşdırdığı məsələlər sırasında olub. Operativ həll edilməsi mümkün olan məsələlərə yerindəcə baxılıb, qalanları nəzarətə götürülüb.  Vahid Əhmədov qəbuldan sonra Quba rayon İcra Hakimiyyətinin başçısı ilə görüşüb, rayona səfər edən səhiyyə naziri Oktay  Şirəliyevlə birgə Ouba rayon Mərkəzi Xəstəxanasının qanköçürmə stansiyasının yeni inşa olunan binasının açılışında iştirak edib.  














Modern.az
 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür