Modern.az

Ən uzaq məsafədən qol vuran qapıçı Ginnesin Rekordlar kitabına düşdü - VİDEO

Ən uzaq məsafədən qol vuran qapıçı Ginnesin Rekordlar kitabına düşdü - VİDEO

6 Sentyabr 2014, 12:21


İngiltərənin “Stok Siti” klubunun bosniyalı qarıçısı Asmir Beqoviçin adı ən uzaq məsafədən qol vuran qapıçı kimi Ginnesin Rekordlar kitabına daxil edilib. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, Beqoviçin 91,9 metrdən (meydançaının uzunluğu 100 metr olub) qol vurması rəsmən təsdiqlənib.

Bosniyalının adını rekordlar kitabına salan hadisə 2013-cü il noyabrın 2-də “Stok Siti”  “Southempton”a qarşı oynayarkən qeydə alınıb. Oyun başlayan kimi “Stok Siti” oyunçuları topu öz qapçılarına ötürüblər və rəqibin pressinqi altında var gücü ilə topa zərbə vuran qarçı qol müəllifinə çevrilir. Artıq Ginnesin Rekordlar kitabının sertifikatı Asmir Beqoviçə təqdim olunub.

 



Modern.az 
Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi