Modern.az

Hələ bu qədər xaraktersiz prezident xatırlaya bilmirəm

Hələ bu qədər xaraktersiz prezident xatırlaya bilmirəm

6 Sentyabr 2014, 13:10

Putinin şansı bir məsələdə gətirdi: ABŞ prezidenti Barak Obamadır. Mən Ronald Reyqanın bioqrafiyası ilə tanışam. İnanın ki, Reyqanın yerinə Obama olsaydı, SSRİ-nin dağılması xeyli gec baş verəcəkdi.

ABŞ tarixində bu qədər xaraktersiz prezident oxuyub-öyrəndiklərimdən xatırlaya bilmirəm. Xarici siyasətdə aldığı bütün qərarlar fiasko. Necə olub ki, adama Nobel mükafatı verilib. Hansı sülhə görə...

Yaxın Şərqdə sabit bir yer saxlamadı.Ukraynanın taleyini öz qərarsızlığı ilə Rusiyanın ovcuna qoydu. Krım unuduldu, Luqansk və Donbas qeyri-rəsmi Rusiyanın himayəsinə keçdikdən sonra atəşkəs tətbiq etmək məcburiyyətində qaldı Ukrayna. NATO-nun da gücü ancaq müsəlman aləminə qarşı istifadə olunur. Rusiyanın qarşısında əslində əriyib-tökülən bir NATO və onun boşboğazlıq vasitəsinə çevrilən prinsipləri var. Uels samitində alınan qərarlar isə tamamilə gülüncdür.

Lap mollanın cübbəsinin itməsi səhnəsinə oxşar bir lətifəni xatırladır. Molla əsəbi şəkildə oğurlanmış cübbəsini nəzərdə tutaraq deyir ki, ay camaat bilirsiniz tapılmasa nə edəcəyəm? Soruşurlar ki, nə edəcəksən? Cavab verir ki, gedib yenisini alacağam.

Krım işğal olunub, Donbas və Luqansk kimi iri sənaye mərkəzləri itirilib, yalandan Rusiyanı qorxutmaq istəyir. İndi 5 min nəfərlik personal hazırlayır, qabaqdan da Avropanın soyuq payızı başlayır, Avropalılar üşüməyə başlayanda o qüvvəni harada istifadə edəcəksən? Özləri NATO-nun əleyhinə çıxacaqlar ki, donuruq, Ukrayna da cəhənnəmə, imkan ver Rusiyadan qazımızı alaq.

Azərbaycanda NATO ilə əməkdaşlıq barədə siyasi etiket xaricində səmimi düşüncəsi olanlar bu hadisələri bir daha diqqətlə izləməlidirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir