Arxiv
8 Sentyabr 2014, 14:27 | TƏHSİL
Ağdamın simvolu - Çay evi

1930-cu ilin avqustundan rayon statusu alan Ağdamın inzibati ərazisi azalsa da, ətraf rayonlara təsir imkanları daha da artdı. Daim ilklərə imza atan Ağdam ətraf rayonların sanki bir istinad yeri oldu.

Təxminən səksən beş illik bir dövrdə rayonun inkişaf tarixində iki onllik daha yaddaqalan olub. Araşdırmalarımıza görə, 50-ci və 80-ci illəri Ağdamın qızıl dövrü hesab etmək olar. Bu qızıl dövrün yaranmasında Ağdam RPK-ya rəhbərlik etmiş şəxslərlə yanaşı, yerli ziyalılarında böyük rolu olmuşdur...

Səksəninci illərdə Ağdam  Rayon Partiya Komitəsinə rəhbərlik etmiş Sadiq Murtuzayevin rayonda həyata keçirdiyi layihələrin demək olar ki, əksəriyyətinin ideya müəllifi AMEA-nın müxbir üzvü, professor Xudu Məmmədov idi. Xudu müəllim  alim kimi elmdə, qarabağlı kimi Ağdamda bir çox ilklərə imza atıb. Və bu ilklərdən biri də Ağdamda inşa edilən “Çay evi”dir.

Xudu müəllimin tövsiyyələri səksəninci illərdə məktəbdə oxuyan hər bir şagirdin yaxşı yadında olar. Hər gəlişiylər hamını sevindirən Xudu müəllim tez-tez məktəblərə gedər, rayonun bütün mədəni-kütləvi tədbirlərində iştirak etməyi özünə vəzifə bilirdi.  Bəzən də sədaqətli dostları  professor Nurəddin Rzayevi, xalq şairi Bəxtiyar Vahabzadəni və şair Şahmar Əkbərzadəni  özüylə Ağdama gətirər və görüşlərə aparardı...

Bu gün elə bir ağdamlı yoxdur ki, Xudu Məmmədovun ideyaları haqqında, o cümlədən Sadıq Murtuzayevin şəhərdə gördüyü işlər barəsində bilgisi olmasın...    

Çay evinin tikintisiylə bağlı Sadıq müəllim maraqlı məqama toxundu:

-Kabinetimdə oturmuşdum. Birdən gözləmədiyim halda Xudu müəllim içəri keçdi. Əlində bir jurnal var idi. Sonra məlum  oldu ki, bu jurnal yox, təqvimdi. Təqvimdə Cin Xalq Respublikasının gözəgəlimli yerlərinin və memarlıq abidələrinin şəkilləri verilmişdi. Bu şəkillərdən biri də meşənin içində  göydələn kimi  hündürmərtəbəli binanın təsviri idi...  

Bu arada isə keçmiş SSRİ məkanında “alkokolsuz həyat” kompaniyasına start verilmişdi. Şəklə baxanda Sadıq müəllimin ilk ağlıma gələn çay evinin tikintisi oldu.  Xudu müəllimlə söhbətində də “Çay evi”ni tikməyi qərara almışdılar. Hətta səhəri günü şəhərdə tikiləcək yerlərə də baxış keçirdilər.

Sadıq müəllim deyir ki, Xudu müəllimnən xeyli dərdləşdik. Xəyalən tikiləcək binanında təsvirini verdik. Deyim ki, Xudu müəllimin Ağdama bu dəfəki gəlişi məhz bu binanın tikintisinin təklifiylə bağlıydı.  Bundan sonrakı sözü isə memarlar və inşaatçılar deməliydi...

Sadıq Murtuzayev dərhal rayonun baş memarı Naiq Səmədovu  kabinetinə dəvət edir. Və layihənin icrasıyla bağlı ondan təklif istəyir.

Qeyd edim ki, 1984-1988-ci illərdə  Ağdamda baş memar işləyən Naiq Səmədov Ağdamın qızıl dövrünün yaradıcılarından hesab olunur. Bir faktı demək kifayətdir ki, şəhərdə  unikallığı ilə seçilən məhşur “Passaj” Ticarət mərkəzi məhz onun layihəsiylə inşa edilmişdir.  Naiq Səmədov Çay evinin tikintisiylə bağlı diqqəti çəkən məqamlara toxundu:

-          Sadıq müəllim təqvimi mənə verib az vaxt ərzində bu obyektə oxşar layihə hazırlamağımı istədi. Amma milli kaloritlə zəngin. Sadəcə görkəmi təxminən bu şəkildəki kimi olmasını istədi.

Çox düşünüb-daşındıqdan sonra bir layihə hazırlayib birinci katibə təqdim etdim. Xoşuna gəldi və bütün tikinti təşkilatlarını yığıb işə start verdi. Layihədə hörgü işləri yalnız birinci mərtəbədə olmalıydı. Qalan hissələr dəmir konstruksiyadan ibarət idi.  Çay evinin  yerini isə Xudu müəllimlə birgə müzakirədən sonra məscidin yanında tikmək qərara alındı. İnşaat xərclərini azaltmaq üçün azadlıqdan mərhum edilmiş şəxslərin əməyindən də istifadə edilmişdi. Onların arasında çox bacarıqlı ustalar var idi...

Beləliklə, Novruz bayramında başladığımız işi iyulda təhvil verdik.

Elə bir gün olmurdu ki, rayon rəhbərliyi tikintinin gedişi ilə maraqlanmasın. Mən isə hər gün tikinti meydançasındaydım...

Çay evinin ortasında iri diametrli boru qalxırdı. Hər tərəfdə kiçik həcmli borular konsrtuksiyalarla bir-birinə birləşirdi. Mərtəbələr arası arakəsmələr taxtadan idi. Borular hamısı taxtalarla bağlanaraq, müxtəlif naxışlarla bəzədilmişdi. Hər mərtəbədə dörd qapı  nəzərdə tutulmuşdu. Yuxarı mərtəbələr məscidə baxan tərəfdə dairəvi şəkildə quraşdırılmış pilləkənlə qalxmaq olardı. Çay evi”nin tikintisi zamanı yüz tona yaxın metal konstruksiyadan istifadə edilmişdi…

Bir çətinliyimiz “Çay evi”nin damının vurulması zamanı oldu. Amma usta Kamal dadımıza çatdı. Oğlanları ilə birgə az müddət ərzində kümbəzi vurdular.  Günbəz sinkləşdirilmiş dəmirlə vuruldu...

Açığı ağlıma gəlməzdi ki,  bu layihə belə uğurlu alınar. Hətta yadımdadı ki, Moskvada o illərdə keçirilən sərgidə bizim layihə “Sovet dövrünün qeyri - adi layihələri” sırasında yer almışdı..

Bu arada qeyd edim ki, birinci mərtəbə yarımzirzəmi kimi inşa edilmidi. Əsasən xəmir xörəkləri  verilirdi. Qış aylarında orda verilən həngəlin ayrı bir ləzzətli dadı olardı. Yuxarı mərtəbələrdə çay və müxtəlif  şirələr verilirdi.  İctimai iaşə müsəsisələri idarəsinə baxan „Çay evi“ni“  Sarı Şəmil işlədirdi…

 

1986-cı ilin iyulun 26-da “Çay evi”nin açılışı keçirilir. Aşılışa rayon rəsmiləri ilə yanaşı Azərbaycan KP MK   Mədəniyyət şöbəsinin müdiri Vəfa Quluzadə də iştirak edir. Vəfa müəllim bizimlə söhbətində Şuşanı və Ağdamı, ümumiyyətlə Qarabağın bütün guşələrini sevdiyini dilə gətirdi. Bildirdi ki, Ağdama gedişinin əsas səbəbi həmin dövrdə keçirilən məhsul bayramı olub. “Çay evi”nın açılışında çıxış etdiyini xatırlayan Vəfa Quluzadə o binanın təkrarolumaz bir üslubda tikildiyi qənaətindədir...

Beləliklə, “Çay evi”nin açılışı münasibətilə “Lenin yolu” qəzetinin 31 iyul 1986-cı il tarixli sayında dərc olunmuş yazıda deyilir: “Sov.İKP-nin “Sərxoşluq və alkoqolizmi aradan qaldırmaq tədbirləri haqqında” məlum qərarından sonra rayonumuzda rəngarəng tədbirlər həyata keçirilməkdədir. Bu gün istifadəyə verilən “Çay evi”nin bu baxımdan son dərəcə böyük əhəmiyyəti var. Zəhmətkeşlərin asudə vaxtlarının səmərəli, şən və məzmunlu keçməsində “Çay evi”nin rolu əvəzsizdir“…

***

Təxminən üç yüz illik tarixi olan Quzanlı qəsəbəsi Ağdamın “dadı”n verməsə də bu gün rayonun mərkəzinə çevrilib. Rayonun bütün strukturları məhz burada yerləşir, ağdamlılara xidmət göstərir. Qəsəbə statusuyla yaşayan doğma Quzanlı kəndinə gedəndə hər dəfə bir yeniliyin şahidi oluram. Bu dəfə də belə oldu...

Qəsəbədə “Çay evi”nin tikintisi sürətlə gedirdi.  Tikinti meydançasında işləyən usta və fəhlələrlə görüşdüm. Çox böyük ruh yüksəkliyi ilə danışan ustalar belə bir tikintinin  işində iştirakdan fəxr duyduqlarını dedilər. Demək olar ki, eyni formada olacaq “Çay evinin”  tikintisində bir sıra yeniliklər edilib.

Yeni layihənin müəllifi də Azərbaycan Memarlar İttifaqının üzvü Naiq Səmədovdur. Onunla məhz bu mövzuda söhbətim iş yerində oldu:

-          Ağdamın icra başçısı Raqub Məmmədovun təşəbbüsü və təklifi ilə yeni layihəni hazırladım. Bir sıra  yenilliklər etdim. Bina bütünlüklə beton konstruksiyalarla işlənib. Bütün ölçülər eynidir. Yaddaşımda qalan bütün məqamları layihəyə salmışam.

İçi yüz kvadratmetr olacaq, hər tərəfdən iki metr  olmaqla artırma üçün nəzərdə tutulub...

 “Çay evi”nin açılışından iyirmi beş il keçir...

Yaxın günlərdə isə yeni “Çay evi”nin açılışı keçiriləcək.

Hələlik Quzanlıda ...

Hər birimiz isə onun Ağdamda, köhnə yerində, bərpa ediləcəyinə inanırıq...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu gün “Qarabağ” - “Neftçi” oyunu keçiriləcək 15 Sentyabr 2019, 09:53 Ermənistan atəşkəsi 22 dəfə pozdu 15 Sentyabr 2019, 09:49 “Azərbaycan, gəldik!” deyən PAŞALAR 15 Sentyabr 2019, 09:18 Üç qadının sevdiyi rejissor... 15 Sentyabr 2019, 09:15 Metroda silahlı insident 15 Sentyabr 2019, 00:46 Mehriban Əliyeva İvanovkada Mədəniyyət Sarayının açılışında - FOTO 15 Sentyabr 2019, 00:31 Azərbaycanda Bilik günüdür 15 Sentyabr 2019, 00:15 Bakının azad olunmasından 101 il ötür 15 Sentyabr 2019, 00:01 Bakıda ağır qəza: 3 ölü, 6 yaralı 14 Sentyabr 2019, 23:50 5,9 bal gücündə zəlzələ oldu 14 Sentyabr 2019, 23:29 Qusarda itkin düşən qadın və azyaşlı qızı tapılıb 14 Sentyabr 2019, 23:07 Mehriban Əliyeva İsmayıllıda - FOTOLAR 14 Sentyabr 2019, 22:41 Səhiyyədə şəffaflıq və hesabatlılıq müzakirə olundu 14 Sentyabr 2019, 22:11 Rəqəmsal iqtisadiyyat şəraitində ali təhsilin üzləşdiyi əsas çağırışlar - REKTOR ÇIXIŞ YOLU GÖSTƏRDİ 14 Sentyabr 2019, 21:57 Mehriban Əliyeva Şamaxı Cümə məscidində olub - FOTOLAR 14 Sentyabr 2019, 21:44 ABŞ hərbi gəmisi İstanbul boğazında 14 Sentyabr 2019, 21:28 Neft emalı zavodunda partlayış 14 Sentyabr 2019, 21:16 Mehriban Əliyeva Şamaxıda məktəb açılışında - FOTOLAR 14 Sentyabr 2019, 21:02 Ağsu polisi aztəminatlı ailələri sevindirdi 14 Sentyabr 2019, 20:46 Mehriban Əliyeva  Şamaxıda əhali ilə görüşdü - FOTOLAR 14 Sentyabr 2019, 20:33 Çörçilin doğulduğu saraydan qızıl unitaz oğurlanıb 14 Sentyabr 2019, 20:16 Dayanıqlı inkişafa xidmət edən müasir təhsil strategiyası... 14 Sentyabr 2019, 20:01 Təhsil ekspertindən direktorlara sərt İTTİHAM: “Sevgililərini katibə, laborant götürürlər!” 14 Sentyabr 2019, 17:37 Əminə Dilbazinin Amerikadakı qızı İlham Əliyevə təşəkkür etdi: “Təkliflərim var” 14 Sentyabr 2019, 17:13 Taksi xidmətlərində gəlirlərin gizlədilməsinə necə mane olmalı... 14 Sentyabr 2019, 16:28 “Eldar Həsənov vəzifədən getdikdən sonra saxtakar müstəntiq və prokuroru böyütdülər” - Bir cinayətin TARİXÇƏSİ 14 Sentyabr 2019, 16:04 Binəqədidə təhsil konfransı keçirilib 14 Sentyabr 2019, 15:42 Ordumuzun tarixini yazan polkovnik: “Bakının azad edilməsi üçün əsas istiqamət “Qurd qapısı” götürülmüşdü” 14 Sentyabr 2019, 15:32 Məktəblərin ətrafında piyada keçidləri yenilənir 14 Sentyabr 2019, 15:06 Rusiyada ağır yol qəzası: 9 ölü, 20 yaralı... 14 Sentyabr 2019, 14:42 Təhsil naziri Biləsuvarda məktəb açılışına gedib 14 Sentyabr 2019, 14:29 Uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi … 14 Sentyabr 2019, 14:27 İlham Əliyev iki yeni səfirin etimadnaməsini qəbul edib 14 Sentyabr 2019, 14:17 Dilçilik İnsititutunun direktoru: “Qarabağ dialektoloji atlasını çapa hazırlayırıq” - MÜSAHİBƏ 14 Sentyabr 2019, 14:12 Post-patrul xidmətindən yol polisinə ezam olunanlar geri qaytarılıb - RƏSMİ 14 Sentyabr 2019, 13:27