Modern.az

Nərimanovun icra başçısı Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

Nərimanovun icra başçısı Həştərxan vilayətinin qubernatoru ilə görüşdü

İqtisadiyyat

10 Sentyabr 2014, 18:11



Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyinin Rusiya Federasiyasının Həştərxan şəhərinə işgüzar səfəri çərçivəsində sentyabrın 10-da Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə görüşü baş tutub.   

Görüşdə Rusiya Federasiyasının Həştərxan vilayəti və Azərbaycan arasında mövcud olan iqtisadi münasibətlərin, sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, artıq həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Rəsmi görüşdə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan ilə Rusiya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq, xalqlarımız arasında tarixi dostluq münasibətlərinin möhkəmlənməsi üçün böyük işlərin görüldüyünü qeyd edib.
Qubernator dövləti başçısı İlham Əliyevin təşəbbüsü ilə Həştərxan vilayətində görülmüş genişmiqyaslı işlərdən də danışıb.
Qeyd olunub ki, Azərbaycan tərəfindən Heydər Əliyev Fondunun təşəbbüsü və maliyyə dəstəyi ilə Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb. A.Fərzəliyev deyib ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının regionları arasında ikitərəfli münasibətlər möhkəmlənməkdədir və Həştərxan vilayəti bu sırada xüsusi yer tutur.

Görüşdə həmçinin Həştərxan şəhərində Heydər Əliyev adına 11 saylı məktəbin nəzdində Heydər Əliyev Fondu tərəfindən yeni 120 yerlik uşaq bağçasının inşasının ən müasir avadanlıqlarla təchiz edilərək yekunlaşmaq üzrə olduğu, 1,5 hektar ətraf ərazisində yaşıllıqların salınması, dekorativ bəzək və gül kollarının əkilməsi və cari ilin sentyabr ayının sonunda açılışının planlaşdırılması qeyd olunmuş və bununla bağlı məsələlər müzakirə olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!