Modern.az

Azərbaycan Türkiyəni qazsız qoymadı

Azərbaycan Türkiyəni qazsız qoymadı

Təhsil

22 İyul 2010, 10:30

Türkiyənin Ağrı vilayətinin Doğubəyazit rayonunda İrandan gələn qaz kəmərində baş vermiş partlayışdan sonra hər iki istiqamətdə 25 kilometrlik məsafədə qazın nəqli dayandırılıb. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, nəticədə Türkiyənin bir sıra vilayətlərinin  qazla təminatında problem yaranıb.  Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız bölgənin “mavi yanacaq”la təminatında problemin həlli üçün Azərbaycan qazının verildiyini bildirib. O deyib ki,  partlayışın səbəbi tam dəqiqləşdirilməsə də, bəzi ehtimallar vardır. Baş vermiş yanğının qısa müddətdə söndürülməsi üçün işlər davam etdirilir. İki gündən sonra bu işlər tamamlanacaq və İrandan qazın nəqli bərpa olunacaqdır. Yaxın ərazilərdən keçən Kərkük-Yumurtalıq neft kəmərinin də təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə