Modern.az

Poroşenkonun 100 günü: Ekspertlər uğurlu hesab edirlər

Poroşenkonun 100 günü: Ekspertlər uğurlu hesab edirlər

Dünya

12 Sentyabr 2014, 11:55


“Şərq + Qərb” dəyirmi masası ətrafına toplaşan ekspertlər Ukrayna prezidenti Pyotr Poroşenkonun hakimiyyətə gəlişindən ötən 100 gün müddətindəki fəaliyyətini dəyərləndiriblər. Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, ekspertlər Poroşenkonun bu müddətdə Avropa İttifaqına assosiativ üzvlüklə bağlı sazişin iqtisadi hissəsinin imzaladığını, Ali Radaya yeni seçkilərin keçirilməsinin elan olunmasını xüsusi qeyd ediblər. Ancaq deputatlıq uğrunda yarışın əvvəlki qanunla keçirilməsini ekspertlər mənfi qərar hesab edirlər.

Poroşenkonun 100 günlük hakimiyyətinin müsbət tərəflərindən biri kimi Ukraynanın güclü xarici siyasət yürütdüyü qeyd olunub. Ekspertlərin fikrincə, prezident daima dünya liderləri ilə əlaqədədir, Kiyev Qərbin dəstəyini alır.

Daxili siyasətə gəldikdə, ekspertlərin qənaətinə görə, irəliləyiş azdır. Onlar düşünürlər ki, korrupsiyaya qarşı mübarizə və hakimiyyətin təmizlənməsi görünmür. Nə məhkəmə, nə də konstitusiya islahatları aparılmır. Poroşenkonun Rusiya ilə danışıqlarına gəldikdə, bunu həm tənqid edənlər, həm də buna müsbət yanaşanlar var. Məsələn, politoloq Vladimir Fesenko qeyd edib ki, Rusiya Poroşenkonu prezident kimi tanıyıb.

 

Modern.az 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi