Modern.az

MBASK avtomobili əzilən müştərisinə 9430 AZN ödəyib

MBASK avtomobili əzilən müştərisinə 9430 AZN ödəyib

Təhsil

22 İyul 2010, 10:36

MBASK Sığorta Şirkəti “Hyundai MATRIX”  avtomobilinin sığortaçısına 9430  AZN məbləğində iri sığorta ödənişi həyata keçirib.

Şirkətdən Modern.az-a verilən məlumata görə, cari ilin əvvəlindən MBASK Sığorta Şirkəti öz müştərilərinə 1 796 980 AZN-dən artıq məbləğdə ödəniş həyata keçirib, bunlardan 1 228 949 AZN-dən çoxu (68%) avtonəqliyyat vasitələrinin sığorta olunması üzrə polislərin ödənilməsinin payına düşür.

                                               

Qeyd etmək lazımdır ki, “Client Сare” xidmətinin həyata keçirilməsi çərçivəsində MBASK şirkəti sənədlərin toplanması şərtlərini və sığorta ödənişlərinin həyata keçirilməsi prosesini əhəmiyyətli dərəcədə yüngülləşdirib. Belə ki, konkret olaraq, MBASK şirkəti öz korporativ müştərilərinə müvafiq dövlət orqanlarından sənədlərin toplanması üzrə xidmətlər göstərir, özünün özəl müştərilərinə isə MBASK şirkəti VİP-xidmət olunma xidmətini təklif edir.

Modern.az

 

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə