Modern.az

Gələn ildən avtobus sürücüləri maaş sisteminə keçəcək

Gələn ildən avtobus sürücüləri maaş sisteminə keçəcək

İqtisadiyyat

12 Sentyabr 2014, 13:08


“Nağd ödəniş sistemi ləğv olunduqdan, kart sisteminə tam olaraq keçiləndən sonra sahibkarlar sürücülərə maaş kəsəcək. Bu, belə də olmalıdır. Əgər sürücü nağd pul görməyəcəksə, orda plandan söhbət gedə bilməz”. Bunu  Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov deyib.

Nazirlik rəsmisi sürücülər üçün maaşın elektron xidmət hesabına həyata keçiriləcəyini bildirib.
“İlin sonu, 2015-ci ilin 1-ci rübünə, yəni Avropa Oyunlarına qədər çalışacağıq ki, bu məsələ reallaşsın”.

N. Həsənov gələn ayın əvvəlinə sürücülər üçün vahid formaların təsdiqlənəcəyini bildirib.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir