Modern.az

Metroda gediş haqları artmayacaq - AÇIQLAMA

Metroda gediş haqları artmayacaq - AÇIQLAMA

15 Sentyabr 2014, 11:51


“Metropolitendə gediş qiymətləri qalxmayacaq. Yayılan informasiyaların heç bir əsası yoxdur”. Bunu Modern.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev söylədi.

“Yay vaxtı qatarların sayı azaldılır, qış qrafikinə keçdikdə isə qatarların sayı artırılır. Qatarların sayının artırılması ilə yanacaq sərfinin artması gediş haqlarının artırılmasına səbəb olmayacaq”.

“Qış qrafikinə keçidlə bağlı metropoliten vaqonaların sayını 25-dən 30- qaldırıb. İntervallar da maksimum dərəcədə azaldılıb. Pik və qeyri-pik saatlarında intervalların vaxtı artırılıb. Hazırda intervallar 1,5-2,5 dəqiqədir”, -deyə mətbuat xidmətinin rəhbəri əlavə edib.

Qeyd edək ki, cəmiyyətdə qatarların sayının artırılması ilə gediş haqlarının da artacağı söylənən mülahizələr arasındadır.

Gülşən RAUFQIZI

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər