Modern.az

Dövlət Komitəsi: Bu il kənd təsərrüfatında məhsul istehsalı azalıb

Dövlət Komitəsi: Bu il kənd təsərrüfatında məhsul istehsalı azalıb

15 Sentyabr 2014, 15:33

Dövlət Statistika Komitəsi Azərbaycanda bitkiçilik məhsullarının istehsalı ilə bağlı son durumu açıqlayıb. Komitəıdən Modern.az saytına verilən məlumata görə, 2014-cü il sentyabrın 1-nə kimi aqrar sahədə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin əkin sahəsinin 96,7 faizi, yaxud 967,2 min hektarı biçilib və həmin sahələrdən 2238,3 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 23,1 sentner təşkil edib, o cümlədən 13,3 min hektar qarğıdalı sahəsindən 61,3 min ton məhsul götürülüb.

Yığım başlanandan sahələrdən 651,9 min ton və ya keçən ilin müvafiq dövründə olduğundan 84,4 min ton az kartof, 980,6 min ton (7,9 min ton az) tərəvəz toplanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, keçən illə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,7 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 9,2 faiz azalıb.

Kənd Təsərrüfatı Nazirliyi məhsul istehsalının azalmasını bu il ölkədə quraqlığın olmasıyla əlaqələndirir.
Ekspertlərin fikrincə, xüsusilə taxılçılığın quraqlıqdan zərər görməsi payızda qıtlıq yaranacağına və buğdanın bahalaşacağına dəlalət edir.  Məlumatlara görə, bu il Azərbaycanda taxıl istehsalı 25 faizədək azaldıb. Bu isə təxminən 700 min ton məhsul deməkdir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?