Modern.az

Ekspert: “Miniopsis Xəzərdə qalsa, nərəkimi balıqlar məhv olacaq”

Ekspert: “Miniopsis Xəzərdə qalsa, nərəkimi balıqlar məhv olacaq”

16 Sentyabr 2014, 14:57

“Xəzər dənizində 127 növ balıq var. O cümlədən dünyanın ən məşhur nərə balıqlarının 5 növü var. Onlardan qayabalığı “Qırmızı Kitab”a da salınıb. Bütövlükdə 5 növün hamısı ovlanması və satılması qadağan olunan siyahıya salınıb”. Bunu Modern.az-a “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri, biologiya elmləri namizədi Fikrət Cəfərov deyib.

Onun sözlərinə görə, Xəzərin bioresursları həddən artıq azalıb.

“Nərə balıqlarının populyasiyası 30-40% aşağı düşüb. Nərəkimi balıqlar çox gec yetişirlər. Ən tez yetişən uzunburundur ki, onun da kürü tökməsi üçün ən azı 4 il lazımdır. Ağbalıq isə 8-10 ilə kürü tökür. Azalmanın qarşısının alınması üçün yeganə variant budur ki, nərəkimilərin ovlanmasına moratorium qoyulsun və dənizdəki miniopsisin məhv edilməsi üçün tədbirlər həyata keçirilsin. Miniopsis Xəzərdə qalsa, planktonla qidalanan balıqların hamısı məhv olacaq. Həmçinin, Azərbaycanda balıqçılıq təsərrüfatını genişləndirmək, süni yolla balıqlar yetişdirmək üçün tədbirlər həyata keçirmək lazımdır”.


Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu