Modern.az

Avropa İnsan Haqları Məhkəməsindən Türkiyəyə TƏLƏB: “Din dərsləri ilə bağlı islahat keçirin”

Avropa İnsan Haqları Məhkəməsindən Türkiyəyə TƏLƏB: “Din dərsləri ilə bağlı islahat keçirin”

17 Sentyabr 2014, 00:30


Avropa İnsan Haqları Məhkəməsi türk vətəndaş Mansur Yalçın və ondan başqa 14 şikayətçinin Türkiyədəki dini durumla bağlı ərizəsinə baxıb.

Modern.az saytı “Doğan”a istinadən xəbər verir ki, “məcburi din dərsi” adı ilə təqdim olunan  şikayətlə bağlı  AİHM qərar çıxarıb. Məhkəmə Türkiyəni məcburi din dərsləri ilə bağlı islahatlar aparmağa çağırıb.

Qərarda bildirilib ki, tələbələrə din və əxlaq bilgisi ilə bağlı dərslərə girməməyə icazə verilməlidir.  

Qeyd edək ki, türk vətəndaşlar Mansur Yalçın, Namık Sofuoğlu, Serap Topçu, Ali Yüce, Ali Kaplan, Eylem Onat Karataş, Hüseyn Kaya, Sevinç Ilqın, İsmayıl Ilqın, Cafer Aktan, Kemal Kuzucu, Yüksel Polat və Hasan Kılıç 2005-ci ildə o dövrün təhsil nazirindən Avropa Məhkəməsinə şikayət edib. Onlar məcburi din və əxlaq dərs proqramlarını nəzərdən keçirilməsi  və ələvi mədəniyyəti ilə bağlı dərslərə əlavələr edilməsi tələbi ilə bağlı AİHM-ə müraciət etmişdilər.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi