Modern.az

Nazirlik təhsil sahəsində aşkarlanan qanunsuzluqlar barədə AÇIQLAMA verdi

Nazirlik təhsil sahəsində aşkarlanan qanunsuzluqlar barədə AÇIQLAMA verdi

17 Sentyabr 2014, 10:05

Son günlər bəzi kütləvi informasiya vasitələrindəki Abşeron rayon Təhsil Şöbəsində anti-korrupsiya əməliyyatı və Lənkəran Dövlət Humanitar Kollecində qanunsuz tələbə qəbulu ilə bağlı məlumatlara nazirlik aydınlıq gətirib. Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, bu məlumatlarda hüquqa zidd xarakterli hadisələrin nə vaxt baş verdiyi və necə aşkar olunduğunun təfərrüatları tam açıqlanmır və istər-istəməz ictimai rəydə qeyri-müəyyənlik yaranır. 

Məlumatda qeyd edilir ki ki, istər birinci, istərsə də ikinci fakt Təhsil Nazirliyinin araşdırmaları nəticəsində aşkar edilib və müvafiq materiallar aidiyyəti dövlət strukturlarına göndərilib. Təhsil Nazirliyi digər kolleclərdə də analoji halların yoxlanılması məqsədilə TQDK ilə birgə işçi komissiyası yaradıb.

Məltəm Talıbzadə

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu