Modern.az

Ukraynada itkin düşən azərbaycanlının xanımı: "Onlardan soraq yoxdur"

Ukraynada itkin düşən azərbaycanlının xanımı: "Onlardan soraq yoxdur"

Təhsil

17 Sentyabr 2014, 10:59

“Yoldaşım, 40 yaşlı İkram Əbilov 1994-cü ildən Luqansk vilayətində ticarətlə məşğuldur. Özüm də 12 il orada yaşamışam, kirayədə qalırdıq. Yoldaşım Ukraynada baş verən müharibəyə görə bu il iyulun 16-da bizi Tərtərə gətirdi, özü isə yenidən geri qayıtdı. İkramla sonuncu dəfə iyul ayının sonlarında danışdıq. Hər şeyin yaxşı olduğunu bildirdi”.

Buları Modern.az saytına İkram Əbilovun onun həyat yoldaşı Lalə Ədilova bildirib.

İkram Ədilovla 2002-ci ildə ailə quran Lalə xanım iki övlad sahibi olduqlarını söyləyir. Onun sözlərinə görə, yoldaşı İkram hadisə günü Cahangir Əliyevlə birlikdə ilk dəfə yola çıxıb: “Ailəlikcə tanıdığımız adam idi. İşlə bağlı sərhəddi keçiblər. Hər şey bundan sonra baş verib. İkramın yanında olan Cahangir Əliyev qardaşına zəng vuraraq 2 saata “Staxanov”a  (evə) çatacaqlarını bildirib. O anda da əlaqə kəsilib. O gündən onunla bağlı heç bir məlumat yoxdur. Onların sərhəddə, yoxsa Luqanskda itkin düşdüklərini bilmirik. Hər yerdə axtarış gedir, internetə də axtarış vermişik, soraqlayırlar, bu insanları gördüm deyən yoxdur”.

Maraqlıdır, Lalə xanımın sözlərinə görə, İkramın telefonuna zəng çatır, amma cavab verilmir, bir neçə dəfə çağırdıqdan sonra telefonun məşğul olduğu göstərilir.

Qeyd edək ki, Azərbaycan diasporunun iki üzvü, iş adamları Cahangir Əliyev və İkram Ədilov avqustun 3-də itkin düşdükləri ərazidə -  Luqansk vilayətinin Krasnodon şəhərində separatçıların girovluğundan azad olunandan sonra yoxa çıxıb.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir