Modern.az

Təhsil Nazirliyi yanında Akkreditasiya Agentliyi yaradılır

Təhsil Nazirliyi yanında Akkreditasiya Agentliyi yaradılır

Təhsil

17 Sentyabr 2014, 11:02

Müvafiq qanunvericiliyə uyğun olaraq, Təhsil Nazirliyi yanında Akkreditasiya Agentliyinin yaradılması nəzərdə tutulur. Bu barədə Modern.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, agentlik təhsil müəssisələrinin akkreditasiyasını və təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi işini həyata keçirəcək.   Həmçinin bu tədris ilinin II semestrindən tələbələr üçün güzəştli təhsil krediti və təhsil qrantları layihəsinə başlanılması planlaşdırılır. Hazırda Təhsil Nazirliyində bununla bağlı iş başa çatmaq üzrədir.  

Məltəm Talıbzadə
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?