Modern.az

Azərbaycanda hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə leysan yağıb

Azərbaycanda hava şəraiti kəskin dəyişib, bəzi yerlərdə leysan yağıb

17 Sentyabr 2014, 11:06

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi sentyabrın 16-sı axşam şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraiti kəskin dəyişib, sentyabrın 17-si səhərədək bəzi yerlərdə şimşək çaxıb, əksər rayonlarda leysan xarakterli yağış yağıb, əsasən şimal və qərb rayonlarında daha da intensiv və güclü olub. Düşən yağıntının miqdarı 18-33 mm-ə çatıb.

Qeyd edək ki, şimal və qərb rayonlarında bir gecə ərzində yağıntının miqdarı aylıq normanın 87 faizini təşkil edib.

Ayrı-ayrı rayonlarda güclü şimal-qərb küləyi əsib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir