Modern.az

Təhsil Nazirliyi indiyədək xaricdə təhsil alan tələbələrin sayını AÇIQLADI

Təhsil Nazirliyi indiyədək xaricdə təhsil alan tələbələrin sayını AÇIQLADI

17 Sentyabr 2014, 11:42


“Bu günədək Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində 2902 nəfər xaricdə təhsil almaq üçün göndərilib”. Bunu Modern.az-a Təhsil Nazirliyindən bildiriblər.

Məlumatda qeyd edilib ki, ötən il əvvəlki illərlə müqayisədə sayca ən çox tələbə - 787 nəfər xarici ölkələrin aparıcı ali məktəblərində təhsil almaq hüququ qazanıb.

Bu il isə seçim prosesində daha çox üstünlük bakalavrdan sonrakı təhsil səviyyələrinə verilib və proqramın təkmilləşdirilməsi istiqamətində  nazirlik tərəfindən müəyyən islahatlar həyata keçirilib.

Qeyd edək ki, Xaricdə təhsil üzrə Dövlət Proqramı 2007-ci ildən qüvvədədir. Və 2015-ci ilədək olan dövrü əhatə edir.

Məltəm Talıbzadə

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir