Modern.az

Qəzetlərə 20 min manat yardım ayrıldı (siyahı)

Qəzetlərə 20 min manat yardım ayrıldı (siyahı)

22 İyul 2010, 20:40

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin maliyyələşdirilməsi və Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinə birdəfəlik maliyyə yardimının göstərilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda bildirilib: “Azərbaycan milli mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli 959 nömrəli Sərəncamının icrasının təmin edilməsi və bununla əlaqədar tədbirlərin maliyyələşdirilməsi, habelə Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə qərara alıram: 1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi və Azərbaycan Respublikasının bir sıra kütləvi informasiya vasitələrinə maliyyə yardımının göstərilməsi məqsədilə Azərbaycan Respublikasının 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 1,0 milyon manat məbləğində vəsait ayrılsın. 2. Bu Sərəncamın 1-ci bəndi ilə müəyyən edilmiş vəsaitin hesabına: 2.1. Azərbaycan milli mətbuatının 135 illiyi ilə əlaqədar tədbirlərin keçirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 280,0 min manat məbləğində birdəfəlik maliyyə yardımı edilsin. 2.2. Aşağıdakı 32 qəzet redaksiyasının hər birinə 20,0 min manat birdəfəlik maliyyə yardımı ayrılsın: “Ayna” - “Zerkalo” qəzeti “Azad Azərbaycan” qəzeti “Azadlıq” qəzeti “Azərbaycan” qəzeti “Azerbaydjanskiye izvestiya” qəzeti “Bakinski raboçi” qəzeti “Bakı-Xəbər” qəzeti “525-ci qəzet” “Bizim yol” qəzeti “Exo” qəzeti “Ekspress” qəzeti “Ədalət” qəzeti “Həftə içi” qəzeti “Xalq cəbhəsi” qəzeti “Xalq qəzeti” “İki sahil” qəzeti “Kaspi” qəzeti “Kaspiy” qəzeti “Mərkəz” qəzeti “Mövqe” qəzeti “Novoye vremya” qəzeti “Olaylar” qəzeti “Palitra” qəzeti “Paritet” qəzeti “Paralel” qəzeti “Respublika” qəzeti “Səs” qəzeti “Şərq” qəzeti “Şərq qapısı” qəzeti “Üç nöqtə” qəzeti “Yeni Azərbaycan” qəzeti “Yeni Müsavat” qəzeti 2.3. Aşağıdakı 8 informasiya agentliyinin hər birinə 10,0 min manat birdəfəlik maliyyə yardımı ayrılsın: ASSA-İRADƏ İnformasiya Agentliyi “Azadinform” İnformasiya Agentliyi Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) “Azəri-Press” İnformasiya Agentliyi (APA) “Olaylar” İnformasiya Agentliyi “Səs” İnformasiya Agentliyi “Trend” İnformasiya Agentliyi “Turan” İnformasiya Agentliyi 3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 2-ci bəndi ilə müəyyən edilən maliyyə yardımlarının Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna, qəzet redaksiyalarına və informasiya agentliklərinə köçürülməsini təmin etsin.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir