Modern.az

İran prezidenti Azərbaycan nazirini qəbul etdi - FOTOLAR

İran prezidenti Azərbaycan nazirini qəbul etdi - FOTOLAR

17 Sentyabr 2014, 12:14

 

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev başda olmaqla nümayəndə heyəti bu gün İran prezidenti Həsən Ruhani ilə görüşüb.

Modern.az “Fars” agentliyinə istinadən xəbər verir ki, nümayəndə heyətinin tərkibində xarici işlər nazirinin müavini Xələf Xələfov, ARDNŞ vitse-prezidenti Xoşbəxt Yusifzadə və “Azərenerji” rəhbəri Etibar Pirverdiyev də daxildir.

İran prezidenti ilə görüşdə Azərbaycanın qonşu ölkədəki səfiri Cavanşir Axundov da iştirak edib.

Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyanın həmsədri, Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti buna qədər İranın rabitə və texnologiyalar naziri Mahmud Vaezi ilə görüşüb. M. Vaezinin dəvəti ilə baş tutan ikigünlük səfərdə rabitə və informasiya texnologiyaları, energetika, neft, iqtisadiyyat və maliyyə sahəsində əməkdaşlıq məsələləri müzakirə mövzusudur.

 

Modern.az  

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir