Modern.az

“E-pul” pul kisənizi cibinizdən çıxarmaqdan daha təhlükəsiz və sürətlidir

“E-pul” pul kisənizi cibinizdən çıxarmaqdan daha təhlükəsiz və sürətlidir

17 Sentyabr 2014, 12:46


Azərbaycanda real vaxt rejimində ödəniş imkanı verən “E-Pul” elektron ödəniş xidməti yaradılıb. Xidmətin köməyi ilə kommunal, mobil rabitə, kabel tv və digər xidmətlər üzrə ödənişləri yerinə yetirmək mümkündür.

Modern.az saytı xəbər verir ki, xidmət  www.e-pul.az  ünvanında işə salınıb. “E-Pul”un digər elektron ödəniş xidmətlərindən üstünlüyü elektron pul kisəsi funksiyasının olmasıdır. Belə ki, digər ödəniş sistemləri vasitəsilə ödəniş etdikdə hər dəfə kart məlumatlarının daxil edilməsi tələb olunursa, “E-Pul”da qeydiyyatdan keçərək kartınızı bir dəfə sistemə əlavə etməyiniz kifayətdir. Ödəmənin rahatlığı ilə yanaşı, hətta ödəmə anına şəxsi hesabda pul vəsaitləri olmadığı halda belə, mal və xidmətlərin ödənilməsi imkanı da nəzərdə tutulmuşdur. Sayt maraqlı funksiyalardan ibarətdir.  

“E-pul” aşağıdakı bölmələrdən ibarətdir:

Bonuslar - "E-Pul" saytında qeydiyyata düşdükdən dərhal sonra aktivləşən və sahibinin elektron pul kisəsinə bağlanan əlavə bir funksiyadır. "E-Pul" elektron pul kisəsi sahiblərinin daha da motivləşdirilməsi üçün sayt rəhbərliyi tərəfindən xüsusi bonus proqramlar işlənib hazırlanır. Nəzərdə tutulduğuna görə, hər bir tranzaksiya bonus vəsaitlərinin həcmini artıracaqdır. Yığılmış bonusları isə real vəsaitlərə çevirmək, xüsusi endirimlər və hədiyyələr almaq mümkündür.

Borclar – "E-Pul"un şəxsi kabinetinin bir bölməsidir ki, burada elektron pul kisəsinin sahibi borclu olduğu ödəməalanların siyahısını yarada bilir. Bəzi borclar var ki, onların hesabları (akkauntları) avtomatik ödəniş kateqoriyasına aid edilmədikləri təqdirdə istifadəçilərə əlavə narahatlıqlar yarada bilirlər. Məsələn, bir və ya bir-neçə xidmət provayderi üzrə göstərilən xidmətin qəfil kəsilməsi, və ya ödənilmədiyi halda hətta tamamilə dayandırılması baş verə bilər. "Borclar" bölməsində ödəmə punktunun indeksasiya edilməsi zamanı isə istifadəçi hər hansı müəyyən bir servis üzrə borcunun olması barədə məlumatlı olur və müvafiq olaraq onun ödənişi vaxtını da özü nizamlayır. Bundan da başqa, tətbiq olunan xidmət həm də ona görə rahatdır ki, elektron pul kisəsi sahibinə servislərə görə ona təqdim olunmuş hesabları "Borclar" bölməsindən "Avtomatik ödəniş" və ya "Tez-tez edilən ödənişlər" bölmələrinə və geriyə keçirmək imkanı verir.

Avtomatik ödəniş - çox rahat bir xidmət növüdür. Bu servis, "E-Pul" elektron pul kisəsinin sahibi olan istifadəçiyə özünün bilavasitə iştirakı və hər hansı hərəkəti olmadan sistematik ödənişlərin avtomatik silinməsini həyata keçirməyə imkan verir. Bir qayda olaraq, bu növ ödənişlər - internet və kabel televiziyası xidmətlərinin abunə haqları, dövri kommunal xidmətlər, telefon hesablarının ödənməsi kimi sistematik ödəniş tələb edən xidmətlərin ödənməsində istifadə edilir. "E-Pul" istifadəçisinin nəinki avtomatik ödənişin dövriliyini (hər ay, hər həftə, hər gün), hətta ödənişin baş vermə vaxtını və saatını belə seçmək imkanı vardır. Əgər "E-Pul" istifadəçisi dövri ödənişləri saxlamaq qərarına gələrsə, onda bu halda onun şəxsi kabinetində müxtəlif imkanlar yaranır. Məsələn, o, hansısa müəyyən bir xidmət üzrə avtomatik ödənişi həm müvəqqəti saxlaya bilər, həm də ki, onu tamamilə avtomatik ödənişlər siyahısından çıxara bilər.

Kartın qeydiyyatı - "E-Pul" istifadəçisinin şəxsi kabinetində elektron pul kisəsi sahibi üçün əlavə imkanlar və rahatlıqlar təqdim edir. Əvvəla bu, kartda olan məlumatların daim əl ilə daxil edilməsi kimi üzücü bir prosedur tələb etməyən sadələşdirilmiş ödəniş sistemidir. Ödəniş həyata keçirmək üçün sadəcə "E-Pul"da avtorizə olunub mal və ya xidmətin dəyərini ödəmək istədiyiniz bank kartının kiçik şəklinin üzərinə tıklamaq kifayətdir. Təbii ki, bu zaman alış-verişin məxfiliyi və təhlükəsizliyi kartda olan bütün məlumatların bir-bir daxil edilməsi praktikası ilə müqayisəedilməzdir. Ödəmənin rahatlığı ilə yanaşı, kartın şəxsi kabinetdə qeydiyyatı zamanı, hətta ödəmə anına şəxsi hesabda pul vəsaitləri olmadığı halda belə mal və xidmətlərin ödənilməsi imkanı da nəzərdə tutulmuşdur.

Ödəmələrin tarixçəsi - "E-Pul" istifadəçisinin şəxsi kabinetinin bir bölməsidir. Bu bölmədə istifadəçinin "E-Pul" sistemində qeydiyyata düşdükdən sonra etdiyi bütün ödəmələr haqqında məlumat toplanmışdır. Adi axtarışın heç bir nəticə vermədiyi halda, hər hansı konkret ödəniş barədə məlumat almaq istəyən "E-Pul" elektron pul kisəsi sahibinin ixtiyarında bütün mümkün filtrlərin tətbiqi ilə rahat interfeys vardır. "E-Pul" istifadəçisi zəruri ödəməni onun edildiyi tarix üzrə, şirkətin adı üzrə, məbləğ üzrə və s. filtrlər üzrə tapa bilər. Axtarılan ödənişə müraciətdən sonra əldə edilə bilən məlumatlar aşağıdakılardan ibarətdir: 
• Keçmiş dövrlər üzrə edilmiş ödənişlərin tarixi; 
• Ödəniş edilmiş xidmətin adı; 
• Ödəniş edilmiş xidmətin məbləği; 
• Tranzaksiya həyata keçirilmiş kart barədə məlumat; 
• Ödənişi almış təşkilatın adı və ya şəxsin məlumatları.

Tez-tez edilən ödənişlər - şəxsi kabinetin bölmələrindən biri olaraq "E-Pul" istifadəçilərinin rahatlığına xidmət edir. Şəxsi kabinetin interfeysində yerləşdirilmiş bu xidmətin yaradılmasında məqsəd, daha tez-tez istifadə olunan ödənişlərə "E-Pul" elektron pul kisəsi sahibləri üçün sürətli əlçatarlıq imkanı verməkdir. Sistem daha tez-tez həyata keçirilən birdəfəlik ödənişləri həyata keçirmək üçün bütün zəruri məlumatları saxlayır. Artıq ödəmə alanların hesab nömrələrini və rekvizitlərini saxlamağa lüzum yoxdur. Tez-tez edilən ödəmələr siyahısına hər hansı ödənişin əl ilə daxil edilməsi və həmçinin əksinə, hansısa aktual olmayan ödəmənin bu siyahıdan çıxarılması imkanı da nəzərə alınıb. Bölmənin idarə edilməsi imkanları bununla da məhdudlaşmır. Belə ki, "E-Pul" istifadəçisi, sistemdə nəzərdə tutulmuş vasitələrlə tez-tez edilən ödənişlər siyahısından bir və ya bir neçə ödəməni "Borclar" və "Avtomatik ödənişlər" bölmələrinə keçirmək imkanına da malikdir.

Yalnız telefon nömrəsi və parol lazımdır – bu, pul kisənizi cibinizdən çıxarmaqdan daha təhlükəsiz və sürətlidir!

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır