Modern.az

Rusiyalı muzdlular Donetsk hava limanına hücum edib

Rusiyalı muzdlular Donetsk hava limanına hücum edib

17 Sentyabr 2014, 13:29

Rusiya meylli muzdlular Donetskin qərbində yerləşən və Ukrayna güc strukturlarının nəzarət etdiyi hava limanına yeni hücum təşkil ediblər. Modern.az Ukrayna KİV-nə istinadən verdiyi xəbərə görə, bu haqda yerli sakinlər sosial şəbəkədə məlumat yayıblar: “Donetskə-xüsusi status, bu yaxşıdır. Ancaq bu gün səhər artilleriya atəşi səsinə oyanmışıq”.

Sakinlərin məlumatına görə, hava limanında partlayış səsləri də eşidilib. Donetsk şəhər sovetində də hava limanına Rusiya muzdlularının yenidən hücum etdiyi haqda məlumat təsdiqlənib.

Sentyabrın 12-dən Rusiya meylli yaraqlılar Donetsk hava  limanını ələ keçirmək məqsədilə dəfələrlə hücum etsələr də, Ukraynanın güc strukturları bunun qarşısını ala biliblər.


Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır