Modern.az

Ziya Məmmədovun oğluna məxsus şirkətin lisenziyası dayandırıldı

Ziya Məmmədovun oğluna məxsus şirkətin lisenziyası dayandırıldı

17 Sentyabr 2014, 14:38

“16 sentyabr 2014-ci il  tarixində  Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə broker fəaliyyəti üçün verilmiş lisenziya dayandırılıb”.
Modern.az saytı xəbər verir ki, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektoru bəyan edib.

Rəsmi məlumatda qeyd olunur ki,  hazırda qiymətli kağızlar bazarında 13 broker fəaliyyəti, 13 diler fəaliyyəti və 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması üzrə 2 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.

“Qarant İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.

"Qarant İnvest"ə sonuncu dəfə lisenziya  25 noyabr 2011-ci il tarixində 5 illik müddətə verilmişdi.

"Qarant İnvest" Anar Məmmədovun rəhbərlik etdiyi "Qarant Holdinq"in törəmə şirkətlərindən biridir.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?