Modern.az

Azərbaycana xaricdən avtomobil gətirilməsi 2 dəfə azalıb

Azərbaycana xaricdən avtomobil gətirilməsi 2 dəfə azalıb

18 Sentyabr 2014, 10:07


“Bu gün “Avro-4” standartının tətbiqi avtomobil bazarında idxala mənfi təsiri ilə müşahidə olunur. Ölkəyə il ərzində təqribən 100 min avtomobil idxal olunur ki, bunun da 30 minə qədəri “Avro-4” standartının tələblərinə uyğun olmayan maşınlardır”. Bu barədə Modern.az-a Əmlak Bazarı İştirakçıları Birliyinin icraçı direktoru Ramil Osmanlı söyləyib. Onun sözlərinə görə, hazırda avtomobil bazarlarında passivlik hökm sürür.

“Hazırda ölkədə 1 milyon 100 minə yaxın avtomobil var. Bunun 500 mindən çoxunu “Avro-4” standartına uyğun olmayan, istismar müddəti başa çatmış avtomobillər təşkil edir. Düşünürəm ki, Azərbaycanda avtomobillərlə bağlı ekoloji vəziyətin yaxşılaşdırılması idxala tətbiq olunmaqla reallaşdırılmamalıdır. Yəni, 30 min avtomobili bazardan çıxarmaqla nəyəsə nail olmaq mümkün olmayacaq”.

Ekspert bildirib ki, təkrar bazar üzrə Azərbaycana Almaniyadan avtomobil idxalı digər ölkələrin markalarını üstələyir. “Amma ümumilikdə ötən illərlə müqayisədə indi göstəricilər 2 dəfə aşağı düşüb. Bu baxımdan idxalın kəskin azalması prosesi gedir”.

“Mərkəzi bankın müvafiq qərarına qədər Azərbaycanda hər 10 nəfərdən 7-si avtomobili kreditlə alırdı. Amma təkrar bazara təqribən məbləğin 20%-i həcmində, yeni avtomobillərə 50%-i həcmində kredit verilməsi üçün qərardan sonra bu sahədə fəaliyyət məhdudlaşdı. Alıcılar kənar maliyyə resursları olmadığına və avtomobilin yerdə qalan ödəniş hissəsini həyata keçirə bilmədiklərinə görə, gözləmə mövqeyində qalırlar. Ya da avtomobil almaq sevdasından vaz keçirlər”, - deyə Ramil Osmanlı vurğulayıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir