Modern.az

Gənclər üçün gen-bol internet və SMS

Gənclər üçün gen-bol internet və SMS

İqtisadiyyat

19 Sentyabr 2014, 14:40

Azercell yeni Gənc Ol tarif paketini təqdim etdi 



“Gənclər telefonla danışmaqdansa, internetdə çatlaşmağa, SMS göndərməyə daha çox həvəslidirlər”. Bu fikir bu gün Azercell Telekom MMC rəhbərliyinin keçirdiyi təqdimatda səsləndi. Azercell-in prezidenti Kiril Qaburiçin sözlərinə görə, mütəmadi olaraq bazarı, abunəçilərin tələbatlarını araşdıran şirkət gənclərin istəklərinə uyğun yeni tarif hazırlamaq qərarına gəlib.

Yeni “Gənc ol” tarif paketinin özəllikləri və üstünlükləri haqqında şirkəin marketinq direktoru – Giorgos Chatzis məlumat verdi. Onun sözlərinə görə, “Gənc Ol” paketi istifadəçilərə müxtəlif həcmdə danışıq, internet və SMS paketlərini seçməsinə imkan verir.

Paketdə 2 cür tarif var. Ayda 5 manat ödəməklə Gənc Ol abunəçiləri öz aralarında 300 dəqiqə, şəbəkədaxili 20 dəq, şəbəkəxarici zənglər üçün 10 dəqiqə danışıq əldə edirlər. Bundan əlavə, hər ay onlara 500 MB İnternet və 300 SMS təqdim olunur.

10 manatlıq paketdə isə hər ay 1 GB internet və 800 SMS hədiyyə verilir. Bundan əlavə, gənclər şəbəkədaxili 50, şəbəkəxarici zənglərə 30 dəqiqə danışıq qazanırlar. Bu paketdə isə Gənc Ol abunəçiləri öz aralarında 800 dəqiqə pulsuz danışıq vaxtı qazanmış olurlar.

Göründüyü kimi, Gənc Ol tarif paketi abunəçilərə böyük həcmdə internet və SMS verir, bununla yanaşı danışıqlarda da endirim təqdim olunur. Gənc Ol-un digər üstünlüyü ondadır ki, ay ərzində bu limit keçən abunəçilər öz aralarında dəqiqəsi cəmi 2 qəpikdən danışa biləcəklər.

Bütün bunlardan əlavə, bu endirimli və sərfəli tarif paketini keçənlər, eyni zamanda Azercell-in onlar üçün yaratdığı əyləncəli və maraqlı Gənc Ol portalından da istifadə etmək imkanını qazanırlar. Belə ki, www.gencol.az  portalında tarif istifadəçiləri üçün müxtəlif kampaniyalar təşkil olunub. Məsələn, ParkCinema-ya bir bilet alan, ikincisini pulsuz qazanacaq. Yaxud, saytda Gən Ol abunəçiləri arasında keçirilən Playstation çempionatında iştirak edib smartfon, planşet qazanmaq imkanı əldə edəcəklər. Bundan əlavə, saytdan yüzlərlə pulsuz mahnı, klip yükləmək də mümkün olacaq.

Yeni tarif paketinin təqdimatında Azercell tərəfindən jurnalistləri təəccübləndirən şou da hazırlanmışdı. Belə ki, sual vermək istədiyini deyən  gənc oğlan sual əvəzinə birdən-birə yerindən qalxıb “Gənc ol” mahnısını ifa etməyə başladı. Bundan sonra auditoriya arasından digər bir qız da ona qoşuldu. Sonradan məlum oldu ki, “Gənc Ol” sinqlini ifa edən Elşən Babayev və Elnarə Məmmədova elə  Azercell-in öz əməkdaşlarıdır.

Qeyd edək ki, Gənc Ol tariff paketinə qoşulmaq üçün SimSim abunəçiləri Gencol5 və ya Gencol10 açar sözünü yazıb 7575- qısa nömrəsinə göndərməlidirlər.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü