Modern.az

Əflatun Amaşov Mehman Əliyevə cavab verib

Əflatun Amaşov Mehman Əliyevə cavab verib

Media

23 İyul 2010, 18:43

«Bu minvalla elə Mehman Əliyevin özünü də xarici qurumlara satılmaqda günahlandırmaq çətin deyil».

 

«Bu gün də bəyan edirəm ki, Adnan Hacızadənin və Emin Millinin tezliklə həbsdən çıxmasının tərəfdarıyam. Dəfələrlə bildirmişəm ki, onlar gənc və perspektivli şəxslər kimi Vətənə azadlıqda daha çox xeyir verə bilərlər. Onu da yenə təkrar edirəm ki, bloggerlərin jurnalist sayılması mübahisəlidir. Kiminsə özünə nə isə yaradaraq insanlar haqqında yoxlanmamış məlumatları orada yerləşdirməsini düzgün saymıram». Modern.az-ın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov «Turan» İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyevin Mətbuat Şurası barədə səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

 

Əflatun Amaşovun sözlərinə görə, M.Əliyevin münasibət bildirdiyi məsələlərdə növbəti yanlış məqam Azərbaycanda real surətdə fəaliyyət göstərən qəzetlərin sayı barədədir. «Yüz dəfələrlə bildirmişəm ki, qeydiyyatdan keçən KİV-lərin sayı 4000-i aşıb. Fəaliyyət göstərənlərin sayı regionlarda çıxanlarla birlikdə üç yüzə yaxındır. Üç yüzün yanına daha bir sıfır əlavə etmək və bu rəqəmin səslənməsini mənim adıma bağlamaq hansı məntiqə uyğudur, məqsəd nədir? Məgər qəzetlərimizin yarıdan çoxu «reket nəşr» deyillər. Bütün bunları nəzərə almadan Mehman Əliyevin Azərbaycan jurnalistlərinin böyük əksəriyyətini hakimiyyətə satılmaqda ittihamlandırması və Mətbuat Şurasını satılmışların yaratdığı qurum kimi xarakterizə etməsi absurddur. Nə həmkarlıq hissidir, nə də yoldaşlıq. Özü də bu fikir mətbuat günündə, jurnalistlərin peşə bayramında səslənir. Bu minvalla elə Mehman Əliyevin özünü də xarici qurumlara satılmaqda günahlandırmaq çətin deyil. Təəssüf, çox təəssüf…», - deyə o bildirib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir