Modern.az

Dünyanın ən zəngin ərəb şeyxləri - FOTOLAR

Dünyanın ən zəngin ərəb şeyxləri - FOTOLAR

Dünya

20 Sentyabr 2014, 13:00

Ərəb şeyxləri təkcə öz ölkələrində deyil, bütün dünyada sərvətləri ilə ad çıxarıblar. Avropanın bir çox klublarını alan ərəb şeyxləri il boyu futbolçu transferləri üçün milyonlar xərcləməkdən vaz keçmirlər. Ərəb şeyxləri var-dövlətləri, övladları isə bu var-dövləti xarici ölkələrdə sağa-sola xərcləməyə adət ediblər.

Modern.az saytı xarici KİV-ə istinadən hazırkı ən zəngin ərəb şeyxlərini təqdim edir.        


Şeyx Tamım min Hamad Əl Thani. Qətərin indiki lideri olan Şeyx Thaninin sərvəti 2 milyard dollardır. Onun İngiltərədə “Harrods”, “Barclays” və “Sainsburys”də sərmayələri var.

 

Şeyx Faisal min Qassim Al Thani. Qatarı idarə edən ailədən olan Qassim Əl Thaninin sərvəti 2,2 milyard dollardır. Şeyx olmasına baxmayaraq rəhbərlikdə söz sahibliyi əldə edə bilməyib.


Şeyx Hamad min Xəlifə Əl  Thaninin sərvəti isə 2,4 milyard dollar dəyərindədir.

 

Dubay şeyxi və Birləşmiş Ərəb Əmirliklərinin başqan köməkçisi Maktumun indiki sərvəti 4,5 milyard dollardır.  


Şeyx Mansur bin Zayed Əl Nahyan. Abu-Dabi Şeyxinin qardaşı olan Əl Nahyanın sərvəti 4,9 milyard dollara çatıb. Əl Nahyan eyni zamanda İngiltərənin “Mançester Siti” futbol klubunun da sahibidir.    

 

 

 

 

 

 

 

 



Şeyx Mohammed Hussein Əli Əl Amoudi dünyadakı ən zəngin kral  ailəsindən olmayan ərəb vətəndaşıdır. Onun 14,3 milyard dollar sərvətinin olduğu bbildirilir.  


Şeyx Xəlifə Bin Zayed Əl Nahyanın sərvəti isə hazırda 18 milyard dollara çatıb.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir