Modern.az

Əfqanıstanda yeni prezident seçildi - Əşrəf Qəni Əhmədzay

Əfqanıstanda yeni prezident seçildi - Əşrəf Qəni Əhmədzay

21 Sentyabr 2014, 23:31



Sentyabrın 21-də Əfqanıstanında prezident seçkilərinin qalibi rəsmən elan edilib. Modern.az saytı xarixi KİV-ə istinadən xəbər verir ki, ölkənin yeni prezidenti Əşrəf Qəni Əhmədzay seçilib.
Əşrəf Əhmədzay seçicilərin 55,27 faizinin, onun rəqibi Abdulla Abdulla isə 44,73 faizinin səsini toplayıb.
Bu gün namizədlər hakimiyyətin bölünməsinə dair müqavilə imzalayıblar. Belə ki, Əşrəf Qəni Əhmədzay dövlət başçısı postunu tutub. Onun rəqibi, keçmiş xarici işlər naziri Abdulla Abdulla hələlik ölkədə mövcud olmayan baş nazir vəzifəsi alıb. Bu planın reallaşması üçün prezident yeni vəzifəsində işə ölkə Konstitusiyasında Nazirlər Kabinetinin başçısı postunun tətbiqini nəzərdə tutan dəyişikliklə başlayacaq.
Yeni prezidentin andiçmə mərasimi sentyabrın 29-da keçiriləcək.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır