Modern.az

Bakıda qurbanlıq heyvanların satış yerləri açıqlacaq

Bakıda qurbanlıq heyvanların satış yerləri açıqlacaq

22 Sentyabr 2014, 18:09


Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində Bakı şəhərində və Bakıətrafı qəsəbələrdə bazardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyi məlumat yayıb. Bildirilib ki, satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı