Modern.az

İŞİD-ə qarşı böyük əməliyyat başladı

İŞİD-ə qarşı böyük əməliyyat başladı

23 Sentyabr 2014, 10:31



ABŞ-ın hərbi təyyarələri İraqın ardından İraq Şam İslam Dövlətinin (İŞİD) Suriyadakı hədəflərinə yönələn əməliyyat keçirib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Suriyanın şimalında Qərb ölkələrindən olan girovların saxlanıldığı yer olaraq bilinən və İŞİD-in mərkəzi mövqesi kimi tanına Rakkaya istiqamətli əməliyyatda 20-dən çox İŞİD hədəfinin vurulub.

Uzun müddətdir gözlənilən və İraqdakı İŞİD hədəflərinə yönələn əməliyyatlara 5 ərəb ölkəsi də dəstək verib.

ABŞ-ın İŞİD-lə mübarizə üçün geniş koalisiya axtarışlarına İngiltərə və Fransa dəstək vermişdi. İndiki əməliyyata isə İordaniya, Qətər, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmrlikləri kimi bölgə ölkələrinin dəstək verməsi diqqəti çəkib. Pentaqondan verilən açıqlamada əməliyyatların davam etdiyi üçün detallı məlumat verilə bilmədiyi, ABŞ prezidentinin İŞİD-in hədəflərinin vurulması ilə bağlı geniş səlahiyyət verdiyi, bunun ardından hərəkatın detalları üçün kəşfiyyat uçuşları edildiyi və əməliyyat nöqtəsinə gəlinərək hədəflərin vurulduğu bildirilib.

Modern.az 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi