Modern.az

BP şirkətinin rəhbəri istefa verir

BP şirkətinin rəhbəri istefa verir

Dünya

26 İyul 2010, 11:50

BP-nin baş icraçı direktoru Tony Hayvard vəzifəsindən getməyə hazırlaşır. BBC-nin məlumatına görə, onun vəizfəsini tərk etməsi haqqında rəsmi açıqlama tezliklə verilə bilər. BP-nin bu xəbərlərlə bağlı verdiyi bəyanatda deyilir ki, rəhbərlik və idarə heyəti onu "tam şəkildə dəstəkləyir".

Məlumatlara görə, Hayvardı vəzifəsində çox güman ki, öz amerikalı həmkarı Bob Dudley əvəzləyəcək. Dudley hazırda Meksika Körfəzində neftin təmizlənməsi əməliyyatlarına rəhbərlik edir.

BP rəhbərlikdə dəyişiklik etməyə bir müddətdir ki, hazırlaşırdı, amma şirkət neft axınının qarşısının alınmasında irəliləyiş əldə olunmasını və fəlakətin maliyyə xərclərini müəyyənləşdirməyi gözləyirdi. BP ilin ikinci rübünə dair hesabatını sabah təqdim edəcək. Gözlənilir ki, şirkət neftin təmizlənməsi, cərimə və kompensasiya xərclərinin 30 milyard dollar olduğunu açıqlasın. Bu isə böyük itki deməkdir. BP-nin idarə heyəti bu gün görüşür və onun Hayvardın vəzifəsini tərk etmə vaxtını müzakirə edəcəyi gözlənilir.  H ayvard 28 ildir ki, BP-də çalışır. O, 2007-ci ildə baş icraçı olanda jurnalsiltərə demişdi ki, bir nömərli vəzifəsi təhlükəsizliyi və etibarlığı təmin etmək olacaq. Amma aprelin 20-də Luizianada neft quyusunun partlaması və nətcədə 11 fəhlənin ölməsi, ABŞ-ın tarixində ən pis neft dağılması hadisəsinin baş verməsi onun rəhbərliyini sual altına qoydu. 53 yaşlı Hayvard neftin təmizlənməsi əməliyyatında ləngimələrə görə, Körfəz sahilində yaşayan sakinlər və Amerika siyasətçilərinin ciddi tənqidinə məruz qalıb. Haywardı əvəzləyəcəyi gözlənilən şəxs BP-nin idarəedici direktoru Bob Dudleydir. Bir çox şərhçilər deyir ki, Dudley ingilis dilində Amerika ləhcəsi ilə danışdığından bu onun üçün ictimai rəydə müsbət amil deməkdir. Çünki Missisipidə böyüyüb və BP-nin dediyinə görə, Körfəz sahillərinə rəğbəti var və buralar onun üçün doğmadır. Dudley BP-ə 1999-cu ildə qoşulub və idarə heyətinə ötən il gəlib. O, BP-nin Rusiyadakı birgə müəssisəsi olan TNK-BP-ə rəhbərlik edib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı