Modern.az

Mühafizəçi, qasid və kuryer işləyən prezident - VİDEO

Mühafizəçi, qasid və kuryer işləyən prezident - VİDEO

Dünya

23 Sentyabr 2014, 13:04


İsrail prezidenti Şimon Peresin Youtube servisindəki kanalında yumoristik film yerləşdirilib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, qısametrajlı yumoristik filmdə iyulun 24-də prezident səlahiyyətləri bitən Şimon Peresin özünə yeni iş axtarması təsvir olunur.

4 dəqiqəlik film Peresin prezident kabinetini tərk etməsi ilə başlayır. Sonrakı dəqiqələrdə isə sabiq prezident yanacaqdoldurma məntəqəsinin işçisi, mühafizəçi, pizza kuryeri və “Şimi Pi” təxəllüsü ilə çıxış edən gülüş ustası olaraq işləyir. O, çalışdığı hər yeni işdə siyasi karyerasından ağızdolusu danışır.

Yumoristik qısametrajlı filmin rejissoru Peresin doğma nəvəsi Mika Almoqdur.



Vüqar İsmayılov 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub