Modern.az

Haqqında yazilan haqda yazmaq

Haqqında yazilan haqda yazmaq

Aktual

24 Sentyabr 2014, 08:07

 

 

 

 

Dürdanə Tahirli

Filiologiya üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin müəllimi  

 

 

 

 

Haqqında yazilan haqda yazmaq...bu xüsusi bir məqamdır məncə.

Bu yaxınlarda dəyərli ziyalımız Nizami Cəfərovun “Acıq məktublar” adlı kitabı ilə tanış oldum.  Burada ziyalımızın SÖZ adamlarına ünvanladiğı məktublardakı SOZ məni bir filoloq kimi cox təsirləndirdi...cünki bu SÖZ anlamaq və anlatmaq əzmi ilə işıqlıdır...suni pafosla yox....

 Əslində Nizami müəllimin məktubları yaziciya deyil, oxucuya ünvanlanib. O oxucuya ki, onun ədəbi hadisəyə münasibəti cox zaman mental təfəkkür prizmasından hörülmüş cərcivə ilə ölcülür. Halbuki ədəbiyyat elə bir stixiyadir ki, onun daxilində doğulanları cözmək, dəyərləndirmək ücün ölcmək yox anlayaraq duymaq, duyaraq anlamaq gərək...bu mənada demək olarki bizlərin ədədbiyyatla münasibəti cox zaman nakam olub...

 Ədəbi hadisə nə gədər sadə görünsə də onun yaranma prosesi bir o gədər mürəkkəb və coxpilləlidir. Cox zaman isə insanlar sadə baxışla yalnız adilikləri görə bilir. Ədəbiyyat isə xüsusui spektr tələb edən sahədir. Bu mənada Nizami müəllimin Məktubları dərin baxişla calarları sezmək ücün bir yardimcı rolunu oynayır. Nizami Cəfərov burada bir gid missiyasını yerinə yetirir, ədəbi hadisələr aləminə səyahetdə bizlərə fakellə sadece yol gostermir...o bizləri qaranliq qalan, daha səlist, işıqlı baxış tələb edən məqamlara yönləndirir. Cünki ədədbiyyat tək Yolla cözülməz...izin sezilməsidə cox önəmlidir. Bu işıq Nizami Cəfərovun təfəkküründən doğan alovun işıqıdır. Onun tədqiqatcı səbri, axtarış ehtirasından doğan işıqdır.

Məktubların zaman və ünvanı (yazılan ünvan) fərqli olsada onların bir necə ümumi məqamları var. Ilk növbədə müəllif ədəbi hadisənin köklərini və qaynaqlarını arasdırmağa calışır. Bundan basqa Nizami müəllim bizim ədədbiyyatşünaslıqda az danışılan lakin cox əhəmiyyatli olan ədədbiyyatın missiyası söhbət acır, SÖZ adamının nitqini, dilini bir körpü, bir ünsiyyət vasitəsi kimi təhlil edir, onun xalqa, xalqin taleyine təsiri haqda danışır.

Bütün bu amillər əslində ədədbiyyatın muqeddəs ....təsdiqləyir. Bu məqamlar Nizami müəllimin məktublarını özəl və dəyərli bir tədqiqat əsəri kimi  dəyərləndirməyə əsas verir. Bu əsərin mən deyərdim kulminasiya nöqtəsini İsa Muğanna zirvəsi və Vaqif Səmədoğlu əhatəliliyi təşkil edir. Ilk olaraq  İsa Muğanna dərinliyinə baş vuraq. İsa Muğanna kimi bir dühanın məhz sovetlər ittifaqi kimi boğucu bir mühitdə inkişaf edib...alovlanib...yanması...yanaraq ətrafına işıq sacması her zaman menim ücün maraqlı olub. Hardan gəlib bu İŞİQ, bu DÜHA. Nizami müəllim bu mənbəni araşdırır. “Siz məchul olduğu gədər də müqəddəs bir mənbədən gəlirsiz....kimdən nə öyrəndiyinizi bilmədiyiniz kimi kimə nə öyrədəcəyinizidə bilmirsiniz”. Bəli, Muğanna öyrətmədi, onun missiyası oyatmaq idi, və o oyatdi bizləri qəflət yuxusundan ki Sovetlər bizi qərq etmişdilər.

 Müəllif Dühamiz haqda yazarkən qurur hissi ilə dolu cümlələr işlədir. Lakin bu sadəcə hiss deyil...bu derkdən doğan əminlikdir: “Həm hecmişə, həm də gələcəyə göstərdiniz ki, biz öz “Bibliya”mızı, “Tövratı”mızı, “Qurani”mızı özümüz yaza bilərik. Gecikərik, ancaq yazarıq!”. Nizami müəllim tam doğru qeyd edir: xalqımızın icində bir ruhi potensial var. İsa Muğanna ordan gəldi, ordan qaynaqlandı. Və müəllif Muğannanı Ali Məqamda görür: “Siz dünyaya qədim dövrdə gəlsəydiniz şaman, orta əsirlərdə gəlsəydiniz peyğəmbər, yeni dövrdə gəlsəydiniz maarifci-mütafakkir ola bilərdiniz...”. lakin, Muğanna məhz lazım olanda gəldi dünyaya və ədəbiyyatımıza. Cünki onun Ali missiyası bu idi: kökü hər vəclə unutdurulan xalqa ən dərin qatlardan cümlə-cümlə obrazlı şəkildə SÖZ catdirmaq idi.

 Ümumiyyətlə Nizami müəllim İsa Muğannadan yazarkən (İsa Muğannaya yazarkən) ədəbiyyatın aliliyindən danışır. Təəsüf hissi ilə qeyd etmek isterdim ki, bizlər isə cox zaman ədəbiyyatı daha cox el, oba obrazı ilə bağlayırıq. Nizami müəllim bu mənada cox doğru yazır: “Yüz dənə M.Qorki İnstitutu bir M.Qorki yetişdirə bilərsə deməli ədəbiyyatın nə ilahi mənşəyindən nə də müqəddəsliyindən söhbət gedə bilər...”.  

...Və sonuc olaraq...”Sizə yalnız heyran olmaq olar...Sizi yalnız sevmək olar...Sizin miqyasli idrak dunyanıza qovuşmaq olar...”....

 Əgər İsa Muğanna dərinliklərdən gəldisə Vaqif Səmədoğlu bəşər mədəniyyəti və mənəviyyatın ən geniş coğrafiyasında formalaşdı. Onun daxili aləmində bütün bəşəri anlayış və dəyərlər sintezi vardır, bu sintezi daha da zəngin edən isə bilgi və intellektdir tebii ki. Vaqif Səmədoğlu dövrünə və mühütinə aid hec bir cercivə və qəlifə sığmadı...və bundan doğan labüd faciəni yaşamalı oldu...

 Nizami müəllim bu coğrafiyanın göstəricilərini təhlil edir: “...dahi Səməd Vurğunun övladı olmaqla qalmadınız ...keyfiyyətcədə cox-cox irəli gedib mədəni-ictimai fikir tarixinə öz adınızı yazdınız...Siz Azərbaycan yazıcısının (məhz Azərbaycan yazıcısının – D.T.) deyə biləcəyi ən ciddi, ən ağrılı, ən cəsarətli sözləri dediniz”.

Ağrılı söz ...bu xüsusi bir məqamdır...onun ağirlığını duyub, gəlbləri, könülləri szılatmadan söyləyərək insanların düşüncəsinə təsir etmək istedadıdır bu. Vaqif müəllim bütün sədləri dəf ederək bu istedadını en doğru və faydalı səkildə yönləndirdi. Bu böyük bir Veten, Xalq sevgisinin təzahuru idi əslində. Cunki her nə gədər geniş mənəvi coğrafiyanın yetirməsi olsada Vaqif Səmədoğlu öz varlığını məhz burda öz Vətənində bütün dünyaya sübut etdi....

Dünyaya “məndə varam” deməklə yox.. məhz “mən burda varam” deməklə və Dünyanı bizlərə gətirməklə özünü təsdiq etdi.  Özüdə bunu cox səligəli, incə, istedadla etdi. Lakin Vaqif müəllim bu cəmiyyət tərəfindən coxda asanlıqla həzm edilən sənətkar deyil. O “mürəkkəblik” təcasümüdür...Nizami müəllim onun mürəkkəb sənətkar obrazı  və “anti-Səməd Vurğun yaradıcılığı” haqda danışır.

 Və sonda müəllif Vaqif müəllimi “milli kosmopolitizm hadisəsi” adlandıraraq Vaqif Səmədoğlu obrazının milli..ədəbi-ictimai fikir tarixində özəl yerini və xüsusi rolunu təsdiqləmiş olur. ....cəmi iki qısa məktub...lakin üc zəngin aləmlə tanışlıq...yetərki bizlər bu məqama varmaq istəyində bulunaq.   

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür