Modern.az

Təqaüdçü general: “Ərdoğan hökuməti xalqdan qorxur, çünki narazılq günbəgün artmaqdadır” - MÜSAHİBƏ

Təqaüdçü general: “Ərdoğan hökuməti xalqdan qorxur, çünki narazılq günbəgün artmaqdadır” - MÜSAHİBƏ

29 Sentyabr 2014, 12:24


Modern.az
saytı Türkiyənin təqaüdçü generalı, yazar və siyasətçi, Haqq və Bərabərlik Partiyasının (HEPAR) qurucusu və başqanı Osman Pamukoğlu ilə müsahibəni təqdim edir.

- Seçkilərdən bir neçə ay əvvəl yazdığım məqalələrdə, çıxış etdiyim televiziya proqramlarında kimliyin çox vacib olduğunu, yəni kimin namizəd göstərilməsinin əsas olduğunu demişdim. Təbii ki, namizəd seçimində səhvə yol verildi. Digər tərəfdən namizəd xaricdən diqtə olunmuş birisi idi. Strategiyadakı böyük səhv nəticənin belə olmasına gətirib çıxardı. Bəhanə göstərməyə ehtiyac yoxdu. Elə bir xəta etdilər ki, qızıl sinidə prezidentliyi Ərdoğana vermiş oldular. Siyasət sosiologiyasını da bilmirlər. Ona görə də nəticə əvvəlcədən bəlli idi.

- CHP hər zaman ATATÜRKÜN partiyası olduğunu deyir. ATATÜRK kürd üsyanlarını yatırtmışdı, CHP isə “kürt açılımı”na dəstək verdi…

-
Bunlar illərdi ATATÜRKÜN adı ilə reytinq qazanmağa çalışırlar. CHP-ni ATATÜRK qurdu deyə-deyə bugünə kimi gəldilər. Ancaq sözləri ilə əməlləri heç zaman üst-üstə düşmür.

- Xalq suriyalı qaçqınlardan narazıdır…

-
Elədi. Bunun sonu xaosla, anarxiya ilə nəticələnə bilər. İnsani olaraq baxdığımızda əlbəttə uşaqlar, qocalar, gənclər, qadınlar ölkəyə qəbul edilməlidir və bu doğru qərardı. Lakin bunun iş, yaşayış yerləri, harda qalacaqları, hansı müddətə Türkiyədə qalacaqlarını hesablamadıqları üçün İzmir, Ankara, İstanbul və başqa böyük şəhərlərdə suriyalı uşaqları pərişan vəziyyətdə, ondan-bundan pul diləndikləri zaman görürük. Bütün bunlar çox acınacaqlı haldı. Əsas səbəb AKP-nin xarici siyasətdəki səhvləridir.

- İstanbulda, İzmirdə şəhər meydanlarında polislərin, su şırnaqlı maşınların hazır vəziyyətdə dayandıqlarını gördüm…

-
Xalqdan orxurlar. Çünki xalqın narazılığı günbəgün artmaqdadır.

- İnsanlar AKP-dən narazı olsalar da, son seçkilərdə bu partiyanın səs faizlərinin daha da artırdığının şahidi olduq. Bununla yanaşı, Camaatla münasibətləri normal deyildi…

-
Nəticənin belə olması müxalifətin məsuliyyətsizliyi və bacarıqsızlığından qaynaqlanır. İllərdi siyasətlə məşğuldurlar və bu işi bir yaşam tərzi, qazanc yerinə çeviriblər. Vahid cəbhə lazımdı. Güclər birləşdirilməlidir. Onu da bacarmırlar. Təbii ki, bu birləşdirilmədə əsas iş məclisdəki partiyaların öhdəliyindədir. Onlar isə bir dairədən kənara çıxa bilmirlər. Nəticədə bu dağınıqlıqdan AKP istifadə edir. Xalqın 43%-i AKP-yə səs verirsə, qarşı tərəfdə də 57% faiz var. O da ki, parça-parçadı.

- Hərbçilərdən fərqli olaraq, polislər həbs olunanda insanların reaksiyası müşahidə olunmadı…

-
Ordu ilə Camaat kimi tanınan təşkilat eyni deyil. Türk milləti orduya hər zaman hörmətlə yanaşıb. Arada yalan-yalnış işlər olub. Ancaq bu sevgini asanlıqla aradan qaldıra bilməzlər. Son zamanlarda anketlərə baxdığımızda isə ordunun hörmətinin düşdüyünü görürük.

- 148 maddəlik “torba qanunu” qəbul olundu. Bu qanunlar Türkiyəyə necə təsir edəcək?

-
O maddələrə baxdıqda xalq üçün bir sıra imkanların olduğunu görə bilərik. Ancaq bununla bərabər, iqtidaryönümlü media bəzi şeyləri ört-basdır etməyə çalışdı. Məqsəd bu media rəhbərlərinin pullarına çox bağlı olmalarıdır.

- İŞİD bütün dünyanın gündəm mövzusuna çevrilib. Ancaq bu terror qruplaşmasının sanki tam olaraq nə istədiyi bəllli deyil…

-
Hal-hazırda Suriya torpaqlarının 35%-i, İraqın 30%-i İŞİD-in nəzarətindədir. Bərzaninin pəşmərgələri də onların qarşısını ala bilməz. ABŞ-ın qırıcıları olmasa, vəziyyət daha da acınacaqlı olardı. Ümumilikdə isə ABŞ-ın istədiyi budur ki, onların İraq Kürdistanı dedikləri yerin cənubunda və Bağdadın şimalında İŞİD dayansın.
- Türkiyənin İŞİD-lə yaxınlığını iddia edənlər var…

-
Bir vaxtlar Suriyadakı anarxist qrupları dəstəklədilər. Belə ki, əgər siz onlara silah versəniz, sabah bu silahlar başqa qrupların da əlinə keçər. Yəni silah çox asanlıqla əl dəyişdirə bilir. Bu pulla da ola bilər, məcburi də.

- Türkiyənin cənub-şərqində hadisələr səngimək bilmir. Ordu, jandarma, polis də hadisələr qarşısında aciz görünür…

-
Doğrudu. Ancaq bu vəziyyətlə tam olaraq razılaşdıqlarını da düşünmürəm. Hər şey hadisələrə bağlıdı. Bugün ölkənin qərbində yaşayan əhalinin sakit göründüyünü deyirlər. Onlar hələki cərəyan edən hadisələrdən kifayət qədər təsirlənmirlər. Ağrı-acı çəkməkləri lazımdı. Əzab insanı ağıllandırır.

- Partiyanız gündən-günə böyüyür. 2015-ci il seçimlərinə hazırlıqlar necə gedir?

-
2 məsələ var. Birinci məclisdəki partiyalardan biri ilə ittifaq quraraq seçimə qatılmaq. Çünki biz onların gücünə əlavə güc qatmış olarıq. İkincisi isə təkcə. İki alternativlə üz-üzəyik. Bu xalqın tələbidir. Biz bu müraciəti etməliyik. Hər kəs bilir ki, HEPAR, Osman Pamukoğlu hansısa bir şəhərə ayaq basdımı, orda səs faizləri 6-7% artar. Bu isə çox vacib amildi. Mən bu partiyalara müraciət etdikdən sonra, onlardan gələn reaksiyanı da ictimaiyyətə açıqlayacam. Biraz çəkinirlər. Ən çox çəkinən isə CHP-dir.

- Partiyalarla deyil, Türkiyədə tanınmış siyasət, elm adamları ilə, keçmiş hərbçilərlə ittifaq qurmağı fikirləşdinizmi?

-
Dediklərin və demədiklərin bütün yolları yoxlamışam. Onlar da deyir ki, bir güc görək, sonra. Bəzilərinin vətənpərvərliyi yalnız dillərindədir. Mübarizə aparmağa hazır deyillər. Hərbçilərə gəldikdə isə bugün mübarizə aparan yalnız HEPAR başqanı Osman Pamukoğlu var.

- Heç düşündünüzmü ki, türk milliyətçiliyi ilə kürd milliyətçiliyini qarşı-qarşıya gətirmək istəyirələr?

-
Bunu ən çox PKK edir. Ancaq qarşı-qarşıya gələ bilməz. Çünki dövlət var. Bu hökumət xaricin də istəyi ilə Kürdüstanın qurulması üçün əlindən gələni edir. Ancaq bu yol yol deyil.

- Hər gün bir məktəb imamatipləşdirilir. Dərslər yalnız ərəbcə keçirilir, türkcəyə icazə yoxdu. Gələcək nəsillərdə bunun təsiri olmazmı?

-
AKP-nin nə etdiyi bəllidir. Zamanı gəldiyində hamısına baxarıq. İmamatip məktəblər də olmalıdır. Lakin bunun sayı normal məktəblərdən çox olmamalıdır. Buna bir sərhəd qoyulmalıdır. Təbii ki, bu sözlə olacaq iş deyil. Biz məclisə daxil olsaq və ya hökümət olmağı bacarsaq, hər şey normal vəziyyətinə qayıdacaq.

- Türkiyə dünyada baş verən digər hadisələrdən fərqli olaraq Ukrayna məsələsində bir o qədər də mövqeyini ortaya qoymadı…

-
Türkiyə bu məsələdə “nə şiş yansın, nə kabab” istəyir. Həm də gücü yoxdu. Türkiyənin tək gücü onun coğrafi mövqeyidir. Bunu hər kəs bilir. Hazırki hökümət bir o qədər də xarici dövlətlərə maraqlı deyil, əsas coğrafi mövqedi. Sadəcə ABŞ-ın istədiyi bu coğrafiyanı özünə bağlı bir cihazla idarə etməkdi.

- Tez-tez Türkiyə torpaqlarının bölünməyə doğru getdiyini vurğulayırsınız. Nə vaxtsa Türkiyə “Sevr”ə görə parçalana bilərmi?

-
Elə bir şeyin olması mümkün deyil. Çox böyük narhatlıqlar yaşanar. Qurtuluş müharibəsində də hər kəs vurşmadı. Dünyanın inqilablar, çevrilişlər tarixinə baxdığımızda mübarizələrin 20%-30%-lə aparıldığını görə bilərik. Bütövlükdə xalq heç zaman mübarizəyə qoşulmur. 70% hər zaman izləyici olaraq qalır.


Söhbətləşdi: Rafiq ŞAHBAZOV

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?