Modern.az

810 min dollarlıq nömrə aldı, 16 min dollarlıq Nissan Almera-ya taxdı - FOTO

810 min dollarlıq nömrə aldı, 16 min dollarlıq Nissan Almera-ya taxdı - FOTO

1 Oktyabr 2014, 14:13

Taylandda keçirilən hərracların birində 19 yaşındakı universitet tələbəsi ölkənin ən bahalı və ən şanslı sayılan Banqkok çıxışlı 1 .. 1111 seriyalı avtomobil nömrəsinə 25 milyon baht (təxminən 810 min dollar) pul ödəyib.

Ölkənin ən nüfuzlu universitetlərindən biri olan Assumption Universitetində oxuyan Thanapat Tantisevekul "əgər lazım olsaydı 1,6 milyon dollara qədər artırmaya gedəcəkdim” deyib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 11 il əvvəlki hərracda bu nömrə üçün 11 milyon baht (təxminən 355 min dollar) verilmişdi.

Nömrə üçün sərvət ödəyən gənc hərracı qazandığı üçün çox xoşbəxt olduğu və nömrəyə çox pul ödədiyinə dair ifadələr üçünsə "o qədər də bahalı deyil" cavabını verib.

Gənc adam 810 min dollarlıq nömrəni dəyəri 16 min dollar olan Nissan Almera avtomobilinə taxıb.


Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir