Modern.az

Yay mövsümü jurnalistlərə mövzu qıtlığı yaradıbmı? (sorğu)

Yay mövsümü jurnalistlərə mövzu qıtlığı yaradıbmı? (sorğu)

28 İyul 2010, 17:22

Daima mövzu axtarışında olan müxbirlərin yay aylarında məzuniyyət, tətil səbəbiylə işləri bir az çətinləşir. Söhbət qələm sahiblərinin özlərinin deyil, onların axtardıqları müsahiblərin məzuniyyət və tətildə olmasından gedir.

Yay aylarında mövzu qıtlığından əziyyət çəkən jurnalistlər görəsən vəziyyətdən necə çıxırlar? Modern.az-ın əməkdaşı bu sualla bəzi həmkarlarımıza müraciət edib.

“Şərq” qəzetinin müxbiri Seymur Qasımbəyli: “Əlbəttə, digər fəsillərlə   müqayisədə yayda fərq hiss olunur. İstirahət ayları olduğundan dövlət orqanlarından informasiya almaq bir az da çətinləşir”.

 

“Yeni Müsavat” qəzetinin müxbiri Leyla İlqar: “Bu aylarda informasiya əldə etməkdə çətinlikər olur. Dövlət orqanlarından informasiya almaq sıxıntısı il boyu olursa, yay aylarında bu, özünü daha çox göstərir”.

 

“Mərkəz” qəzetinin əməkdaşı İntiqam Valehoğlu: “Təbii ki sıxıntılar olur. Amma biz rubrikalarla bu vəziyyətdən çıxmağa çalışırıq. Yeni rubrikalarımız var. Məsələn, “Hesabat”da millət vəkillərindən müsahibələr veririk, eləcə də “Sağlam həyat” rubrikası altında müxtəlif tanınmış insanlarla müsahibələr edirik, bu rubrikanın məqsədi gənclərin siqaretə marağını azaltmaq, sağlam yaşamağın sirlərini müxtəlif şəxslərin söhbətlərində göstərməkdir”.

 

“525-ci qəzet”-in müxbiri Pərvanə Sultanova: “İyun ayına kimi qəzetimiz 8 səhifə çıxırdı. İyun ayından isə 4 səhifə çıxır. Bəlkə də seçki ərəfəsi olduğu üçün mən mövzu qıtlığı hiss eləmirəm. Amma etiraf edim ki, 8 səhifə çıxsaydı problem ola bilərdi”. 

“Üç nöqtə” qəzetindən Xalid Vahidoğlu: “Mövzu qıtlığı çox aydın hiss olunur. Dövlət orqanlarından informasiya əldə etməkdə problemlər olur. Bizim qəzet əvvəl həftə sonları 24 səhifə çıxırdı, amma yay aylarını nəzərə alaraq 16 səhifə etmişik”.

Ekspress” qəzetinin müxbiri Aytən Nəbiyeva: “Vəziyyətdən daha çox problemləri işıqlanıdıran reportajlar hazırlamaqla çıxırıq”. 

“Xalq cəbhəsi” qəzetinin müxbiri Ağa Cəfərli: “Mənimçün mövzu qıtlığı olmur. Səhər redaksiyada ən azı 4 mövzu müəyyənləşdirə bilirik. Mövzu çoxdur, sadəcə məzuniyyət, tətil dövrü olduğundan mövzuları işləmək çətin olur. Mən həmişə deyirəm ki, Azərbaycan böyük bir materialdır”. Xumar Bayramqızı

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?